İstanbulda “Azərbaycan Kino Günləri” keçirilir - FOTO

İstanbulda “Azərbaycan Kino Günləri”nə start verilib.
Təşəbbüs Azərbaycanın Mədəniyyət Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında, ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.
Layihəyə əsasən, mayın 14-dək davam edəcək kino günləri çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə son illərdə istehsal olunan filmlərimizin nümayişi nəzərdə tutulur.
Kino günlər çərçivəsində milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.
İstanbulun Bahçeşehir Universitetində təşkil olunan film nümayişindən əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin hər gün daha da genişləndiyini, müxtəlif layihələrin uğurla həyata keçirildiyini qeyd edib.
Samir Abbasov iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin birgə layihəsi kimi reallaşdırılan “Azərbaycan Kino Günləri” haqqında danışaraq, xalqımızın tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən kino sənətinin hər bir insana təsir edən gözəl vasitə adlandırıb.
Bahçeşehir Universitetinin prorektoru, kino və televiziya bölməsinin rəhbəri professor Nilay Ulusoy çıxışında təşkil edilən günlərin Türkiyədə yeni Azərbaycan filmlərinin tanıdılmasına xidmət etdiyini vurğulayıb.
“Cənnət yuxusu” bədii-sənədli filminin rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Elxan Cəfərov isə ekran əsərinin hazırlanma prosesi və Mirzə Qədim İrəvani ilə bağlı fikirlərini bölüşüb.
Sonra filmi nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsindən bəhs edir.
Əsər Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində lentə alınıb.
Film “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ərsəyə gəlib. Filmin premyerası Heydər Əliyev Mərkəzində keçirilib. (azərtac)

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Bu gün, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Bu gün, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?