Alimlər osteoartritin müalicəsində yeni perspektivli metod hazırlayıblar

Amerikalı alimlər, Visconsin Universitetinin (Madison) tədqiqatçıları osteoartritin müalicəsində yeni perspektivli metod hazırlayıblar. Bu metod, matris RNT (mRNT) ilə aktivləşdirilmiş terapevtik tromblardan istifadəni nəzərdə tutur.
“Ulusum”.az xəbər verir ki, tədqiqat nəticələri Bioactive Materials (BAM) adlı elmi jurnalda dərc olunub.
Osteoartrit ən geniş yayılmış artrit formasıdır. O, diz və bud oynaqlarındakı qığırdaqların sıradan çıxması ilə müşayiət olunur və bu, ağrıya və hərəkətin məhdudlaşmasına səbəb olur.
Yeni metod mikrohissəciklərin minerallarla örtülmüş formasından istifadə edərək mRNT-nin çatdırılmasına əsaslanır. Bu hissəciklər qığırdaq toxumasının formalaşmasını dəstəkləyən zülalın sintezini təmin edir.
Tədqiqatçılar xəstənin sümük iliyi və periferik qan nümunələrini mikrohissəciklərlə birləşdirərək qan laxtası yaradıblar. Daha sonra mRNT ilə aktivləşdirilmiş bu tromb zədələnmiş bölgəyə yönləndirilib.
Metod, dovşanlar üzərində aparılan sınaqlarda effektivliyini sübut edib. Alimlər indi strategiyanı daha iri heyvanlarda sınaqdan keçirməyi və ardınca insanlar üzərində klinik testlərə başlamağı planlaşdırırlar.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma yalnız osteoartrit deyil, həm də skelet əzələlərinin və sümüklərin ciddi zədələrinin müalicəsində tətbiq oluna bilər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
“Bananı da yumaq lazımdır!” – Ekspert