Möhkəm yuxu üçün: Mütləq bu gün sinayin!

Bir çoxumuz yuxuya getməkdə çətinliklərlə üzləşirik ki, bu da ümumi sağlamlıq və əhval-ruhiyyəyə mənfi təsir göstərir. Keyfiyyətli yuxu yaddaşı, diqqəti yaxşılaşdırır və immuniteti gücləndirir. Əgər yuxunuzu yaxşılaşdırmaq üçün təbii üsullar axtarırsınızsa, yuxudan əvvəl qəbul edə biləcəyiniz aşağıdakı içkilərə diqqət yetirin.
Melissa çayı (Ballınanə)
Melissa rahatlaşdırıcı və sakitləşdirici xüsusiyyətləri ilə tanınır, stressi azaltmağa kömək edir. Çayı hazırlamaq üçün bir çay qaşığı qurudulmuş məlisəni qaynar su ilə dəmləyin və 15 dəqiqə gözləyin. Yuxudan 1,5 saat əvvəl içmək yuxuya getməyi asanlaşdıracaq.
Çobanyastığı çayı
Çobanyastığı sakitləşdirici təsiri olan apigenin kimi flavonoidlər ehtiva edir. Bir paket çobanyastığı çayını qaynar suya salın, bir neçə dəqiqə dəmləyin və yuxudan əvvəl içərək narahatlığı azaldın və yuxu keyfiyyətinizi yaxşılaşdırın.
Ədviyyatlı banan içkisi
Banan kalium, maqnezium və triptofanla zəngindir ki, bu da sinir sistemini rahatlaşdırır. İstifadə üçün bir bananı 10 dəqiqə suda qaynadın, bir çimdik darçın əlavə edin, soyudun və yatmazdan əvvəl için. Bu içki tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək edəcək.
Albalı şirəsi
Albalı triptofan ehtiva edir ki, bu da yuxu dövrünü tənzimləyən melatonin hormonunun istehsalına kömək edir. Yatmazdan əvvəl təbii albalı şirəsi içmək yuxunun keyfiyyətini yaxşılaşdıra bilər. Ən yaxşı nəticə üçün şəkər və konservant əlavə edilməmiş təzə sıxılmış şirəyə üstünlük verin.
Bal ilə isti süd
Bal ilə isti süd yuxunu yaxşılaşdırmaq üçün sınanmış vasitədir. Süd triptofan ehtiva edir, bal isə onun mənimsənilməsinə kömək edir. Effektivliyi artırmaq üçün çay qaşığının dörddə biri qədər zərdəçal əlavə edə bilərsiniz, beləliklə, əlavə sakitləşdirici xüsusiyyətlərə malik "qızıl süd" əldə edəcəksiniz.
Bu içkiləri axşam menyusuna daxil etməyə çalışın ki, yuxu keyfiyyətinizi artırıb, növbəti gün özünüzü dincəlmiş və enerjili hiss edəsiniz.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Türk dünyası / Türkiyə
Bu gün, 19:30
65 il sonra - Xoş Gəlmisən Marcus Aurelius - FOTO
Maraqlı
Bu gün, 18:30
Şahzadə Diananın bacısı qızı nişanlandı
İqtisadiyyat / Dünya
Bu gün, 18:00
Apple gözləntiləri üstələdi: iPhone satışları rekorda çatdı, gəlirlər artdı
Mətbəx
Bu gün, 16:30
Qış üçün “Moxito” kompotu – yayın dadı bankada
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir