Cəmi bir stəkan qazlı "diet" içki diabet riskini 38% artırır – Araşdırma
"Diabetes & Metabolism" jurnalında dərc olunmuş elmi araşdırmaya görə, tərkibində süni şirinləşdiricilər olan qazlı içkilərin gündəlik istifadəsi 2-ci tip şəkərli diabetin inkişaf riskini 38% artırır. Bu göstərici adi şəkərli içkilərlə müqayisədə (23%) daha yüksəkdir.
Monash Universiteti, RMIT Universiteti və Viktoriya Ştatının Xərçənglə Mübarizə Şurasının mütəxəssisləri tərəfindən aparılan genişmiqyaslı tədqiqatda 40–69 yaş arası 36 min nəfər iştirak edib. 14 il davam edən araşdırma göstərib ki, bədən kütlə indeksi (BKİ) normal olan şəxslərdə belə "diet" içkilərlə şəkərli diabet arasında əlaqə qalır.
Alimlər bu nəticənin risk qrupunda olan insanlar üçün süni şirinləşdiricilərin təhlükəsizliyi barədə yayılmış fikri təkzib etdiyini bildirirlər. Onlar ərzaq siyasətinin yenidən nəzərdən keçirilməsinə çağırırlar.
Ulusum.az

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:30
Kərə yağını necə təzə saxlamaq olar?
Sağlamlıq
Dünən, 14:30
Əti necə dondurmalıyıq?
Sağlamlıq
Dünən, 11:44
Psixologiya – doğru insan seçiminin açarıdır