2-05-2024, 22:30 0 Gündəm / Cəmiyyət

Bananın qabıqlarını ATMAYIN! Qaynadın və için.... EKSKLÜZİV

Bananın qabıqlarını ATMAYIN! Qaynadın və için....   EKSKLÜZİV
Dadlı və bol vitaminli olduğu üçün faydalı olan meyvələrdən biri banandır.

Amma ULUSUM.az saytının növbəti araşdırmasında onun tək meyvəsini deyil, heç qabığını da atmaq istəməyəcəksiniz..

Məlumdur ki, banan sağlamlığımız üçün şəfa mənbəyi olan qida olsa da, qabıqları ondan daha xeyirli imiş.

Bundan sonra bananın qabıqlarını atmaq əvəzinə qaynadıb çayını içəcəksiniz...

Bu meyvə tərkibindəki güclü vitaminlər, minerallar və antioksidantlar sayəsində sağlamlığımız üçün bir sıra faydaları olan meyvədir.

Belə ki, banan göz, dəri, qan şəkəri, mədə xəstəlikləri, ürək sağlamlığı, həzm sistemi və böyrək sağlamlığı kimi bir çox orqanlarımız üçün önəmlidir.

Banan qabığı soyulduqdan sonra yeyilən meyvə olduğundan adətən bananın qabıqlarını atırıq. Sən demə o, sağlamlığa bəzi güclü faydalar bəxş edir.

Xüsusilə banan qabığından hazırlanan çay bəzi problemlərinizdən tez bir zamanda xilas olmağa kömək edəcək.
BANANIN QABIQLARINI QAYNADIB İÇİN!
Banan qabığından hazırlanan çay ilk növbədə, yuxu keyfiyyətini yaxşılaşdırır. Tərkibindəki maqnezium və kalium kimi minerallar stressi azaldaraq əzələləri rahatlaşdırır və daha yaxşı yuxu ilə təmin edir.
Bundan əlavə, banan qabığı çayı liflə zəngin olduğu üçün qəbzliyin qarşısını alır və həzm sisteminin sağlam işləməsini təmin edir.

Banan qabığındakı liflər bağırsaq hərəkətlərini tənzimləyir və həmçinin bağırsaqda zərərli bakteriyaların əmələ gəlməsinin önləyir.

Digər tərəfdən, banan qabığı çayı xolesterol səviyyəsini tarazlaşdırır. Çayın tərkibindəki birləşmələr arzuolunmaz xolesterini azaldır və ürəyin fəaliyyətini yaxşılaşdırır.
Faydaları saymaqla bitməyən banan qabığı çayı böyrəklərin nizamlı işləməsini dəstəkləyir.

Bu qarışım immunitet sistemini gücləndirməkdə çox təsirlidir. Antioksidantlarla zəngin olan banan qabığı çayı orqanizmi zərərli bakteriyalardan qoruyur və xəstəlikləri dəf edir.

Bundan başqa, banan qabığı çayı dərimizin sağlamlığının qeydinə qalır. Tərkibindəki antiinflamatuar və antibakterial xüsusiyyətlər dəri iltihabını azaldır və sızanaq və digər dəri problemlərini müalicə etməyə kömək edir.

Banan qabığı çayı həmçinin əzələ ağrısını azaltmaq potensialına malikdir. Tərkibindəki maqnezium və kalium kimi minerallar əzələləri rahatladır.

Göründüyü kimi, təbiətin bizə bəxş etdiyi bu nemətlər azmış kimi, hətta onun lazımsız bidiyimiz qabıqları da işimizə yarayır.

ULUSUM.az saytı olaraq növbəti maraqlı və faydalı məlumatlar çatdırmaq diləyi ilə...

Aymirə Ağamirova
[center]Bananın qabıqlarını ATMAYIN! Qaynadın və için....   EKSKLÜZİV[/center]


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: