İsti havanın beynə gözlənilməz təhlükəsi açıqlandı
Avstraliyalı tədqiqatçılar (RMIT və Yeni Cənubi Uels Universiteti) apardıqları araşdırmada müəyyən ediblər ki, isti iqlimdə yaşayan və təhsil alan uşaqlar məntiqi düşüncə, abstrakt anlayış və diqqət tələb edən tapşırıqlarda — xüsusilə riyaziyyat dərslərində — zəif nəticələr göstərirlər. Tədqiqat PLOS Climate jurnalında dərc olunub və 61 ölkədən 14,5 milyon şagirdin məlumatları əsasında aparılıb.
Ən çox təsirə məruz qalanlar isə az imkanlı ailələrdən olan uşaqlardır; onlar daha çox kondisionersiz məktəblərdə oxuyur və əlavə dərs dəstəyi ala bilmirlər. Bu isə onların kognitiv qabiliyyətlərinin daha çox azalmasına səbəb olur.
Alimlər bildirirlər ki, bu vəziyyət gələcəkdə təhsil fərqliliyini artıracaq, intellektual inkişafı yavaşladacaq və sosial bərabərsizliyi dərinləşdirəcək.
Araşdırma müəllifləri təhsil siyasətində iqlim faktorlarının nəzərə alınmasını və məktəblərdə soyutma sistemlərinin yenilənməsini, qlobal istiləşmə şəraitində təhsil metodlarının yenidən qiymətləndirilməsini tövsiyə edirlər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO