Aerofobiya ilə vidalaş: Qulağında musiqi, əlində kitab olsun

Uçuş zamanı kitab oxumaq və musiqiyə qulaq asmaq aerofobiyanın – uçuş qorxusunun – öhdəsindən gəlməyə kömək edə bilər. Bu barədə NEWS.ru saytına psixiatr Tatyana Sıçova danışıb. Onun sözlərinə görə, qorxunu anlamaq və səbəblərini müəyyənləşdirmək də bu fobiyanı dəf etmək üçün əsas amillərdəndir. Bu səbəblərə hündürlük qorxusu, qapalı məkan qorxusu (klaustrofobiya) və ya nəzarətsizlik hissi aid ola bilər.
Sıçovanın fikrincə, uçuşa öncədən hazırlaşmaq – məsələn, plan tərtib etmək, əşyaları vaxtında yığmaq, rahat geyim seçmək və əyləncə vasitələri götürmək – qorxunu azaltmağa kömək edir. "Əsas məsələ qorxunun nədən qaynaqlandığını anlamaqdır", – deyə o vurğulayıb.
Psixiatr qeyd edib ki, aerofobiya adətən 25–40 yaş aralığında özünü göstərir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bəzi hallarda bu qorxu ölüm qorxusu, hündürlük və ya qapalı məkandan qorxma kimi digər fobiyalarla müşayiət oluna bilər. Əlavə olaraq, xəstələr tez-tez təyyarə qəzalara dair məlumatları obsesiv şəkildə axtarırlar.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 11:05
Gürcüstan Azərbaycana olan tarixi borcunu tam ödəyib
Cəmiyyət
Bu gün, 10:50
Cəlilabadda məktəblilər arasında baş verən qətllə bağlı cinayət işi başlanılıb
Cəmiyyət
Bu gün, 09:10
Charlie Kirk-in qətlində şübhəli bilinən Tyler Robinson məhkəmə qarşısına çıxıb
Cəmiyyət
Bu gün, 09:05
Sumqayıtda qadın qətlə yetirilib FOTO
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq