"Qarabağ"dan Benfika səfərində tarixi geridönüş – 3:2!
Azərbaycan çempionu Lissabonda ilk iki qolla geri düşdü, amma möhtəşəm qələbə ilə UEFA Çempionlar Liqasına səsli start verdi.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Qarabağ" Portuqaliyada "Benfika"ya qarşı keçirdiyi oyunda 3:2 hesabı ilə tarixi qələbə qazanıb.
Lissabondakı "Eştadiu da Luş" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri oyunun əvvəlində üstünlüyə nail olublar. 6-cı dəqiqədə Entso Barrenеçеa, 16-cı dəqiqədə isə Vanqelis Pavlidis qol vuraraq "Benfika"nı 2:0 hesabı ilə önə keçirib.
Buna baxmayaraq, Qurban Qurbanovun komandası geridönüş edə bilib. 30-cu dəqiqədə Leandro Andrade fərqi azaldıb, 48-ci dəqiqədə isə Kamilo Duran hesabı bərabərləşdirib.
Qarşılaşmanın taleyini həll edən qolu 86-cı dəqiqədə Aleksey Kaşuk vurub.
Bu qələbə "Qarabağ" üçün UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə qazandığı ilk qələbə kimi tarixə düşüb.
Növbəti oyununu isə Azərbaycan təmsilçisi oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı keçirəcək.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
