Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı

Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun (AANİİ) alimləri Frans-İosif Torpağı arxipelaqına daxil olan Vilçek adasında buzlağın sürətlə geri çəkildiyini qeydə alıblar. Əriyən buzların altından isə heyrətamiz mənzərə üzə çıxıb — qədim balinaların sümükləri ilə dolu əsl “qəbiristanlıq”.
Peyk görüntülərinin təhlili göstərib ki, son 20 ildə ada üzərindəki buzlaq qübbəsi xeyli kiçilib. Əvvəllər buzla örtülü olan bir neçə kvadrat kilometrlik ərazidə indi saysız-hesabsız balina sümükləri görünür. Bəzi sümüklər buzlaq kənarlarında donmuş torpaqdan “çıxmağa” başlayıb. Ərazidəki qalıqların vəziyyəti isə buzlağa yaxınlaşdıqca daha yaxşı qorunduğu müşahidə olunub.
Alimlər bu kəşfi son minilliklərdə bölgədə baş verən dəniz səviyyəsi dəyişikliklərinin sübutu kimi dəyərləndirirlər. Aşkarlanan skeletlər "kriolitozona" — yəni daimi donmuş torpaq zonası üzrə geniş tədqiqat proqramının bir hissəsidir. “Arktik üzən universiteti” ekspedisiyası həmçinin illik donma və ərimə nəticəsində formalaşan torpaqları və yeraltı buz strukturlarını da araşdırıb.
Tədqiqatlar yalnız Frans-İosif Torpağı ilə məhdudlaşmayıb — alimlər eyni zamanda Yeni Torpaq arxipelaqının ən şimal nöqtəsi olan Jelaniya burnunda da müşahidələr aparıblar. Burada gələcəkdə xüsusi termometrik quyunun qazılması planlaşdırılır. Bu ərazi həmçinin Barens və Kara dənizlərini ayıran strateji Şimal Dəniz Yolunun əsas nöqtələrindən biri hesab olunur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Maraqlı
Bu gün, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Bu gün, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Bu gün, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?