Dünən, 21:00 0 Maraqlı

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!
Misirli arxeoloqlar sübut ediblər ki, Misir piramidalarını ixtisaslı işçilər inşa ediblər. Bu barədə Misirin sabiq qədim abidələr naziri, məşhur misirşünas Zahi Həvvas məlumat verib.

Onun sözlərinə görə, komandasına eramızdan əvvəl XIII əsrə aid işçilər tərəfindən qoyulmuş bir neçə əvvəllər naməlum izlər aşkar etmək mümkün olub.

Bundan əlavə, alimlər piramidanın cənubunda yerləşən dəfn yerlərini araşdırıblar. Məlum olub ki, bu ərazilər piramidanın tikintisində iştirak edən işçilərin məzarlıqlarıdır. Həmin məzarlarda daşları daşıyan heykəllər, üzərində isə 21 heroqlif aşkar edilib. Yazılarda "piramidanın bu tərəfinə nəzarət edən" və "sənətkar" kimi ifadələr yer alırdı.

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!


Zahi Həvvas izah edib ki, bu kəşflər bir daha sübut edir: tikinti işçiləri əsir deyildilər.

“Əgər onlar qul olsaydılar, heç vaxt piramidaların kölgəsində dəfn edilməzdilər,” – deyə alim vurğulayıb.



Ekspert əlavə edib ki, işçilər briqadalarla çalışırdılar. Onlardan bəziləri daşları kəsir, digərləri onlara forma verir, qalanlar isə taxta xizəklər vasitəsilə materialı qum üzərində daşıyırdılar. İş fasiləsiz davam edirdi və işçilərin hər 10 gündən bir istirahət günü olurdu.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: