Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə, bir ananın dilindən səslənən duyğular və bu şərəfli peşəyə könüldən bağlılığın nəsildən-nəslə ötürülən hekayəsi.
Ulusum.az2 İyul – Azərbaycan Polisi 107 yaşında: Bir ananın qəlbindən “şərəfli peşəyə” sədaqət
Bu yazı, bir ananın dilindən – Azərbaycan polisinin şərəfli yolunu davam etdirməyə hazırlaşan bir gəncin adına, onun ilk addımlarına ithaf olunur.
Mən bir ana olaraq bu gün qürur və minnətdarlıq hissi ilə qələmə alıram bu sətirləri. Polis ailəsində böyümüş biri kimi, mənim üçün Polis Günü sadəcə rəsmi tarix deyil. Bu gün – ömrünü vicdanla xidmətə həsr etmiş, adı çəkiləndə hər kəsin hörmətlə andığı, polis peşəsinə ləkəsiz iz qoymuş atamın – oğlumun babasının – xatirəsini daha da ucaldan bir gündür.
O, sadəcə bir polis deyildi. O, xalqına və dövlətinə səssiz sədaqətlə xidmət edən, forma arxasında böyük ürək daşıyan bir vətənpərvər idi. Onun həyat tərzi, susqun fədakarlığı oğlumun ruhuna hopmuşdu.
Və bu gün – o körpə yaşlarında heyranlıqla qulaq asdığı babasının hekayələrinin içində deyil, artıq özü də bu şərəfli peşənin yolçusudur. Hazırda DİN Akademiyasının kursantıdır. Bu ad təkcə tələbə olmaq deyil, bu dövlətin sabahı üçün məsuliyyət daşımaq deməkdir.
Oğlumun bu yolu seçməsi təsadüf deyildi. Bu yol – bir nəsilin irsidir. O, forma geyinməyi sadəcə vəzifə deyil, şərəf sayır. Mən inanıram ki, babasının əmanət qoyduğu o ad, o dəyərlər oğlumun əməllərində yaşayacaq.
Bu gün – yalnız bir bayram deyil. Bu gün bir andın, bir izzin və şərəfli peşəyə olan sədaqətin bayramıdır. Mən bir ana olaraq fəxr edirəm ki, oğlum bu yolun yolçusudur. Və bu duyğunu bütün polis ailələri ilə bölüşürəm.
Minnətdaram sənə, kursant balam! Dövlətinə, xalqına vicdanla xidmət edəcəyinə inanıram. Rütbəsindən asılı olmayaraq, gecə-gündüz demədən vətənin keşiyində duran hər bir polis əməkdaşına sonsuz təşəkkür edirəm.
Bayramınız mübarək, Azərbaycan polisi! Qoruyun, yaşadın, yüksəldin – var olun!
Rəxşəndə Daşdəmirova
Ulusum.az
#polis #DIN
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Dünən, 19:00
Mask “flirt edən botlar” üçün mühəndis axtarır – illik 440 min dollar təklif edir
Dünya
Dünən, 18:00
Gürcüstan Aİ-nin təzyiqlərinə boyun əyəcəkmi?
Dünya
Dünən, 15:30
Tramp Bessenti FED rəhbərliyinə namizəd görmür
İdman
Dünən, 14:30
"Neftçi" heyətini gücləndirir
Türkiyə / Mədəniyyət
Dünən, 13:30
Ərdoğan cütlüyü “Ən Uzun Gecə” dastanının ilk nümayişində iştirak etdi
Sağlamlıq
Dünən, 13:00
Arıqladıcı həblərə qarşı Yeni Xəbərdarlıq
Populyar Xəbərlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
Kabaçok — mətbəxin yaşıl incisi: xama ilə bişmiş ləzzət - VİDEO
Süfrənin ulduzu olacaq: Bu kısır reseptinə hamı heyran qalacaq - VİDEO
Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi
Qərbin silahları Rusiyanın planlarını pozur – Ukrayna sərhəddə üstünlük qazanır
Trump Zohran Mamdanini “kommunist dəli” adlandırdı