Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO

Fransız moda evi Chanel-in onilliklər boyunca bədii rəhbəri olmuş alman dizayner Karl Lagerfeld 2019-cu ildə Parisdə vəfat etmişdi.

LAGERFELD “PARİS KƏNARINDAKİ VİLLA”Nİ 2010-CU İLDƏ ALMIŞDI

“Modanın imperatoru” kimi tanınan Lagerfeld, Parisdən təxminən 20 kilometr uzaqlıqda, Yvelines bölgəsinin Louveciennes qəsəbəsində yerləşən və “Paris kənarındakı villa” adlandırdığı bu evi 2010-cu ildə satın almışdı.
20 dönümlük yaşıllıq sahədə yerləşən, 600 kvadratmetr sahəsi olan bu villaya Lagerfeldin ölümündən sonra baxılmayıb və bina tərk edilib. 2023-cü ildə bir əmlak şirkəti tərəfindən alınaraq bərpa olunub.
50 MİN AVRO ARTIMLA SATILDI

Üzgüçülük hovuzu və tennis kortu da olan villa bu ilin iyul ayında 4 milyon 635 min avroya açıq artırmaya çıxarılıb. Evə bir neçə təklif verilsə də, nəhayət, ilkin qiymətdən cəmi 50 min avro çox – yəni 4 milyon 685 min avroya (təxminən 5,5 milyon ABŞ dolları) satılıb.
CƏMİ BİR GECƏ QALMIŞDI
19-cu əsrə aid olan bu tarixi bina vaxtilə ov köşkü kimi istifadə olunmuş və fransız şair Leconte de Lisle də burada yaşamışdı. Fransız mətbuatının yazdığına görə, Lagerfeld bu evdə cəmi bir gecə yatıb. Onun üçün bu məkan əsasən rəsmi qəbul mərasimləri üçün nəzərdə tutulmuşdu. O, Monako şahzadəsi Karolin üçün burada möhtəşəm bir ziyafət təşkil etmiş və evi dostlarına da istifadəyə vermişdi.

Hazırda boş olan evin bütün mebelləri Sotheby’s tərəfindən ayrı-ayrılıqda hərracda satışa çıxarılıb.

Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Bu gün, 15:30
Polşa Belarusla sərhədini bağladı
Sağlamlıq
Bu gün, 14:30
Ənciri kimlər ehtiyatla yeməlidir?
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Hadisə
Bu gün, 12:30
Güclü külək Naxçıvan və Ağdamda fəsadlar törədib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı