2025-in Moda Hitləri: Kombin Yerinə Nə Geyinməli? - FOTO

Son mövsümlərdə əsas baza elementi sayılan kombin paltarı bu yay öz yerini yeni siluetlərə verir. Stilist Maşa Vedernikova funksional, amma daha təzə və zamana uyğun görünən 5 alternativ təqdim edir:
1. İpək Paltar

Kəsimi sadə, bədəni zərif şəkildə qucaqlayan və aşağıya doğru sərbəst axan bu model zərifliyi nümayiş etdirir. Günlük istifadə üçün “balıqçı” tərzli dəri sandallar və parça çanta, axşam isə metal klatç və minimalist mulyalarla tamamlamaq tövsiyə olunur. Şampan və ya buz mavisi tonlar qaralmış dəriyə yaraşır.
2. Pambıq Köynək-Paltar

Klassik kişi köynəyinin havalı, axıcı forması. Geniş manjetlər və yumşaq ətək bu modeli həm ofis, həm də dənizkənarı tətil üçün ideal edir. Ofis üçün bel kəməri, palazzo şalvar və loaferlərlə, istirahət üçün isə bikini üzərinə açıq formada geyinilə bilər.
3. Yarışəffaf Torlu Paltar

Transparanlıq podiumdan həyatda da öz yerini tutur. Vulgarlıqdan uzaq qalmaq üçün altına monoxrom bodi və ya bralet-şort dəsti geyinmək məsləhətdir. Axşam çıxışı üçün kitten-heel ayaqqabılar və incə mirvari boyunbağı idealdır. Tünd tonlar – qrafit, zeytun, qaymaq – daha zərif görünür.
4. Trikotaj Mayka-Paltar

Rahatlıq və müasirlik arasında balans. Bədəni qucaqlayır, amma sərbəst hərəkət etməyə imkan verir. Baza kimi istifadə oluna bilər: sadə sandallarla və ya oversize köynək və idman ayaqqabısı ilə. Slon sümüyü, karamel, xaçə tonları xüsusilə tövsiyə olunur.
5. Dantelli Paltar

Əl işi effekti yaradan iri naxışlı dantel bu yay trenddədir. Gündüz tək rəngli lycra dəstin üzərində, axşam isə çılpaq tonlu altlıq və incə bağlamalı sandallarla geyinilə bilər. Geniş halqa sırğalar və ya “hörümçək” tərzli uzun modellər görünüşü tamamlayır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 14:06
Vaxt itirmək istəmirsənsə – “Limonılu kapriz” bişir!
Hadisə
Bu gün, 12:30
Güclü külək Naxçıvan və Ağdamda fəsadlar törədib
Sağlamlıq
Bu gün, 11:54
Brokkoli və axşam yeməyi: fayda yoxsa diskomfort?
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?