Bej palto, isti baxışlar və zərif jestlər: Makronlar münasibətlərini bərpa etdilərmi?

Dünyanı silkələyən qalmaqallı hadisədən sonra ilk dəfə Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brižit Makron Monako knyazlığına rəsmi səfər çərçivəsində ictimaiyyət qarşısında görünüblər. Əgər kimsə bu görüşdə utancaqlıq və müdafiəkar davranış gözləyirdisə, tam əksini gördü – cütlük özünü inamla və bağışlanmanın simvolu kimi təqdim etdi. C’est La Vie!
Xatırladaq ki, 26 mayda Brižit Makron Vyetnama səfər zamanı təyyarədən enərkən ərinə sillə vurmuşdu. Bu an jurnalistlərdən gizlədilməli idi, lakin təyyarə heyəti qapını tez açdığı üçün hadisə görüntüləndi.

Təyyarədən enərkən Emmanuel xanımına əlini uzatdı, lakin Brižit Makron ərinin əlini görməzdən gəlib özü perildən tutaraq endi. Bu davranış media və sosial şəbəkələrdə böyük ajiotaj yaratdı. Prezident bu hadisənin onun nüfuzuna zərər verməməsi üçün vəziyyəti yumşaltmağa çalışdı – paparatsilərə gülümsədi, Yelisey sarayı isə bu hadisəni “ər-arvad arasında zarafat” adlandırdı. Makron bildirib ki, videonu kontekstdən çıxarıblar və bu, ailədaxili münasibətləri əks etdirmir. Amma ictimai maraq səngimədi – insanlar cütlüyün ilk ictimai görüşünü səbirsizliklə gözləyirdilər.
Bu görüş Monakoda – knyaz II Alber və xanımı Şarlenin qonaqlığında baş tutdu. Səfərin ilk günü Monako knyazlıq sarayında təntənəli qəbul ilə başladı. Brižit Makron zərif bej rəngli palto geyinmişdi – sadə kəsim, minimalizm və sakit zəriflik. Bej rəngi – sülh, yenilənmə və yeni başlanğıcların rəmzidir. İnternet istifadəçiləri bu geyimin qalmaqala olan laqeydliyi simvolizə etdiyini düşündülər. Bəziləri isə yazdı: “Bej – bağışlama və köhnə incikliklərdən uzaqlaşma rəngidir”.

Prezident Makron isə özünəməxsus şəkildə klassik tünd göy kostyum seçmişdi – nüfuzlu və eyni zamanda sadə. O, xanımının yanında təkcə lider deyil, həm də onu dəstəkləyən sakit və güvənli həyat yoldaşı kimi göründü. Cütlük ictimaiyyətə gülümsəyir, dostcanlı davranırdı. (Marie Claire)
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 10:00
Zelenski "səmada atəşkəs" ideyasını tənqid etdi
Hadisə
Bu gün, 09:30
Kəlbəcərdə 39 yaşlı kişi minaya düşüb
Dünya
Dünən, 19:00
Kişinyov məhkəməsi Yevgeniya Qutsulu həbs etdi
Dünya
Dünən, 17:30
Rusiya ordusu Ukraynanın dəmir yolu obyektlərini hədəfə aldı: İtkilər var - VİDEO
Cəmiyyət
Dünən, 16:12
“Bilik Karvanı” aksiyasına rəsmi start verildi
Hadisə
Dünən, 16:09
İnterpol onu axtarırdı – Azərbaycanda yaxalandı
Populyar Xəbərlər
Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO
“Bananı da yumaq lazımdır!” – Ekspert
Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri