Bu gün, 10:00 0 Dünya

Zelenski "səmada atəşkəs" ideyasını tənqid etdi

Zelenski "səmada atəşkəs" ideyasını tənqid etdi
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün "hava atəşkəsi" ideyasına münasibət bildirib. Onun video müraciəti şəxsi Telegram kanalında dərc olunub.

Avqustun 5-də Bloomberg agentliyi mənbəyə istinadən məlumat verib ki, Rusiya tərəfi Ukrayna ilə qarşılıqlı hava atəşkəsi imkanını nəzərdən keçirir.

Zelenski bu ideyanı tənqid edib və bir daha tam və dərhal atəşin dayandırılmasının tərəfdarı olduğunu vurğulayıb.

O əlavə edib ki, Kiyev müxtəlif formatlarda atəşkəs cəhdləri edib, "səmada sükut" və enerji infrastrukturuna zərbələrin dayandırılması barədə təkliflər irəli sürüb.

"Bütün bunlar ruslar tərəfindən pozulub", — deyə Zelenski bəyan edib.


Ukrayna prezidenti həmçinin ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışığından da danışıb. Zelenskinin sözlərinə görə, amerikalı lider “məlumatlıdır, Rusiya zərbələrindən və cəbhə xəttindəki vəziyyətdən xəbərdardır.”

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: