Boyun qırışlarının əsas günahkarı məlum oldu...

Boyunda yaranan üfüqi qırışlar — daha çox “Veneranın üzükləri” kimi tanınan izlər — əsasən ultrabənövşəyi şüalar və nəmlik çatışmazlığının təsiri ilə formalaşır. Bu barədə NEWS.ru-ya kosmetoloq Madina Osman məlumat verib.
Onun sözlərinə görə, bu qırışlar zamanla həm xarici, həm də daxili amillərin təsiri altında tədricən əmələ gəlir:
"Veneranın üzükləri bizim vərdişlərimiz, yaşadığımız mühit və zamanın təsirindən yaranır. Nəmişik çatışmayan dəri həcmini itirir və incə, demək olar ki, perqament kimi olur. Belə dəridə qırışlar asanlıqla yaranır və təəssüf ki, tez yox olmur."
O bildirir ki, günəş şüalarının təsiri altında boyun dərisi tamamilə müdafiəsiz qalır. Hətta qısa bir müddət SPF-siz günəşdə gəzmək belə dərini zədələyir — ultrabənövşəyi şüalar kollageni parçalayır, dərini nazik və quru edir. Nəticədə həmin üfüqi xətlər daha tez yaranır.
Kosmetoloqun sözlərinə görə, bu izlərin əsas səbəbi — təbiidir: yaşlanma. Zamanla dəri kollagen və elastin ehtiyatını itirir, bu da onun elastikliyini azaldır:
"Yaş — Veneranın üzüklərinin yaranmasında ən məntiqli səbəbdir. Gənc yaşda boyun hərəkətlərdən sonra tez əvvəlki formasına qayıdırdısa, zamanla bu elastiklik azalır və toxumaların əvvəlki vəziyyətinə dönməsi çətinləşir. Nəticədə qırışlar daha dərinə işləyir və asanlıqla itmirlər."
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Dünən, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi