Kremldə ölüm sükutu: Starovoyt faciəsi şübhələri artırdı

Keçmiş Nəqliyyat naziri Roman Starovoytun ölüm xəbəri, son üç ildə Rusiyada dövlət idarələrində və enerji nəhənglərində çalışan yüksək vəzifəli şəxslərin şübhəli şəkildə vəfat etməsi ilə bağlı hadisələr zəncirinin ən son halqası oldu.
Kremlə yaxın mənbələr: “İntihar ola bilər”
Kremlə yaxınlığı ilə tanınan “Kommersant” qəzeti Starovoytun ölümünün intihar ola biləcəyini yazıb. Rusiya Daxili İşlər Komitəsi də bu ehtimalın nəzərdən keçirildiyini bildirib. Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov isə mətbuata açıqlamasında Starovoytun intihar etdiyini açıq şəkildə deyib.
Şübhəli ölümlərin uzun siyahısı
Roman Starovoytun ölümü, diqqətləri 2022-ci ildən bəri baş verən ən azı 17 yüksəkçinli şəxsin müəmmalı ölümlərinə yönəldib.
Gazprom, Lukoil, Novatek, Rusiya Dəmir Yolları və Transneft kimi strateji əhəmiyyət daşıyan qurumlarda çalışan rəhbərlərin çoxu ya hündürlükdən yıxılaraq, ya silah yarası ilə, ya da ailəsi ilə birlikdə ölü tapılıb.
Məsələn:
Gazprombank sədr müavini Vladislav Avayev arvadı və qızı ilə birlikdə evində başından vurulmuş halda tapılıb.
Lukoil rəhbəri Ravil Maganov isə xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.
Loko Bank sədr müavini Kristina Baykova 2023-cü ildə bir əyləncədən sonra 11-ci mərtəbədən yıxılıb.
2024-cü ildə Lukoil sədr müavini Vitaliy Robertus ofisində ölü tapılıb.
Bu il isə Transneft IT rəhbəri Andrey Badalov 17-ci mərtəbədən yıxılıb.
Cavabsız suallar artır
Rəsmilər bu ölümlərin çoxunu “intihar” kimi qələmə versə də, oxşar ssenarilərin təkrarlanması cəmiyyətdə şübhələri artırır.
Xüsusən də enerji və infrastruktur kimi strateji sahələrdə çalışan şəxslərin ard-arda müəmmalı şəkildə ölməsi, bu hadisələrin təsadüfi olmadığını düşünən müstəqil ekspertlərin haqlı suallarına yol açır.
Starovoytun vəzifədən çıxarılmasından cəmi bir neçə gün sonra baş verən bu ölüm isə Kreml daxilində gizli güc savaşları ilə bağlı iddiaları daha da alovlandırır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 09:30
Ağ Evdən iddia: Tramp Rusiyanın üstünlüyünü qəbul edir
Dünya
Dünən, 21:00
ABŞ siyasəti dəyişə bilər: diplomatiyaya son şans
Dünya
Dünən, 20:00
Rusiya PVO qüvvələri 54 Ukrayna dronunu vurdu
Maraqlı
Dünən, 17:00
“Gözəllik menyusu”: dəri üçün qızıl üçlük
Texnologiya
Dünən, 16:30
Zəngə cavab vermədilər? WhatsApp yeniliyi
Mətbəx
Dünən, 16:00
Mərcangilə jelesi – qışa yaqut rəngli desert
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq