14-03-2025, 09:11 24 Köşə

Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu

Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu
14 mart tarixi bu il bahar bayramının gəlişini deyil, böyük şairimiz Sabir Sarvanın yoxluğunun ağrısını gətirdi. Onun ruhu indi Sumqayıt Yazıçılar Birliyində səssiz bir nəfəs kimi dolaşır. Şair yaşadığı hər anı poeziyaya çevirərək, misralarında ruhunun dərinliklərini bizə miras qoydu.

Sabir Sarvan sevdiyi vətəninə, doğma elinə-obasına, şeirləri ilə əbədi iz salan, ədəbiyyatımıza unudulmaz töhfələr verən bir şair idi.

Ulusum.az saytı olaraq, Sabir Sarvanın ailəsinə, doğmalarına, onun sənətinə heyran olan hər kəsə, bütün aşiqlərinə və vurğunlarına dərin hüznlə başsağlığı veririk. Onun adı və poetik ruhu hər zaman qəlblərdə yaşayacaq.

Sabir Sarvan – Unudulmaz Şairimizin Əbədi Yolu


Rəxşəndə İkramlı








Şərhlər:
Ağsulu Nərgiz
14 mart 2025 21:27

Azıb qalmısam yolda 

Məni tanrıya apar

Sarvandan
14 mart 2025 21:31

Vaxt varıydı çarpışırdıq fələklə
Gündüz idi, Gecə idi, Mən idim.
Üç dost olub dolaşırdıq göyləri
Arzu idi, Xəyal idi, Mən idim.

Həbib Sarvanlı
14 mart 2025 21:34

Səhər al qanla açılır,
Quşlar göydən ölü düşür.
Alışmır güllə səsinə
Budaq qorxur, gülü düşür

Aynur Piresenliden
14 mart 2025 21:40

Sevimli şairimiz, bibi nəvənlə o gözəl insanla eyni gündə ,İkram m.bir gündə. Allah her 2nisində rəhmət etsin. Ağsunun gözəl ,unudulmaz insanları.

Nermin
14 mart 2025 21:52

Sumqayıt Yazıçılar Birliyi Sabir Sarvansız qaldı

Nazim
14 mart 2025 21:54

Axarı sınmış ömürlər,
Zülümdən bezar könüllər,
Ağ alnında qara qada,
Hara qaçsın bu dünyadan?!

Sənan
14 mart 2025 22:01

Allah Cəmilə xanıma can saliğı versin.Zərnigar xanıma ömür versin ,Sabir Sarvana Allahdan rəhmət etsin.Amin

Dürriyyə
14 mart 2025 22:06

Qardaşıma Allah rəhmət etsin. 

AgSulu balası
14 mart 2025 22:10

Elim-obam Ağsulum Sabir Sarvan, yerin cənnət olsun,

Muwviq
14 mart 2025 23:17

Esl elin oglu hormetli yazari agsaqqali Allah mekanin cennet elesin

Seymur sarvanli
14 mart 2025 23:19

O bir siz vare elden getdi bax Sabir mellimde elden  getdi. Mekani cennet olsun

14 mart 2025 23:53

Sarvandan

Durub ha çağırım gündə yüz kərə,

Qara torpaqlarda yatan qayıtmır.

Bə sənin yenrinə mənmi utanım? -

Utan, azğın fələk, utan, qayıtmır

14 mart 2025 23:54

Ağsulu Nərgiz

Nə yaman gətirdi il bəlaları,

Uçurub aşırdı sel qalaları.

Səni istəyəndə gül balaların

Kim qıyıb deyəcək: - atan qayıtmır.

 

14 mart 2025 23:54

Həbib Sarvanlı

Bu «yarpaq tökümü» başlandı nədən,

Gəlir ayrılıqlar, dostlardı gedən.

Qara sevdalarmı bizi qəhr edən? -

Bəllidi, bu yolu tutan qayıtmır.

14 mart 2025 23:55

 Aynur Piresenliden, Amin!

14 mart 2025 23:56
14 mart 2025 23:57

Həbib Sarvanlı

Hanı qəlbi şüşə, baxışları şən,

Mənimlə çörək yox, ürək bölüşən.

Qor kimi dünyanın gözünə düşən,

Nur kimi gözümdən itən qayıtmır.

14 mart 2025 23:57

Nermin

Bilməzsən  ürəyim nə haray çəkdi,

Dinib - dilləndikcə dilim vay çəkdi,

Təni torpaq aldı, ruhu göy çəkdi,

Belə mərtəbəyə yetən qayıtmır.

14 mart 2025 23:58

Seymur sarvanli

Rahat

        yat,

Heç vaxt bu qədər

        sənin olmayıb torpaq.

Gəldin,

        varıydı,

Getdin,

        davam edir həyat.

Beşikdəsənmiş kimi

Rahat uyu,

                           rahat.

14 mart 2025 23:58
15 mart 2025 00:00

Nazimin,

Açılsın əllərin göyə,

Allah da durmasın yiyə.

«Zalım qardaş»  deyə - deyə

Diyirlənsin, baş yerisin.

15 mart 2025 00:13

AgSulu balası, Ruhu şad olsun!


25 mart 2025 09:09

Allah rəhmət elesin

Bakqxaım m
25 mart 2025 15:58

gözəl şair idi ruhu şad olsun

Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: