Rusiya sanksiyalara cavab olaraq ABŞ-yə uran ixracını məhdudlaşdırıb

Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-yə ixracına müvəqqəti məhdudiyyətlər qoyub.
Bu barədə müvafiq qərarın imzalanmasından sonra Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zənginləşdirilmiş uranın ABŞ-yə və ya bu ölkənin yurisdiksiyasında qeydiyyatdan keçmiş şəxslərlə bağlanmış xarici ticarət müqavilələrinə əsasən ixracından gedir. Yalnız Rusiya Federal Texniki və İxrac Nəzarəti Xidməti tərəfindən verilmiş birdəfəlik lisenziyalar əsasında təchizatlara istisna tətbiq olunacaq.
Zənginləşdirilmiş uranın ABŞ-yə ixracının məhdudlaşdırılması barədə qərar Amerika tərəfinin 2024-cü ildən 2027-ci ilə qədər olan dövr üçün tətbiq etdiyi və 2028-ci ildən bu cür tədarüklərə tam qadağa qoyulmasını nəzərdə tutan sanksiyalara cavab olaraq qəbul edilib.
Rusiya KİV yazıb ki, “Rosatom” dövlət korporasiyası 2023-cü il üçün uran ixracının dəqiq həcmlərini açıqlamayıb.
2023-cü ildə Rusiyada uran hasilatı 2,7 min ton təşkil edib. “Rosatom”un həmçinin Qazaxıstanda istehsal gücləri də var.
“Trading Economics” nəşrinin məlumatına görə, uranın qiyməti oktyabrda bir funt üçün 83 ABŞ dollarına qədər qalxaraq son iki ayın ən yüksək həddinə çatıb. Bu, ötən qışda uranın dəyərinin bir funt üçün 105 dollara çatmala tarixi rekodra imza atmasından sonra müşahidə olunan qiymət enişləri fonunda baş verir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Bu gün, 13:54
Ukraynaya növbəti humanitar yardım göndərilib
Maraqlı
Bu gün, 12:30
Hipnozla xəyanət xatirələrini silmək olarmı?
Cəmiyyət
Bu gün, 12:12
FHN-in Bakı Regional Mərkəzi təlim keçirib - VİDEO
Dünya
Bu gün, 12:00
HƏMAS Qaza sektorundan çıxmağa şərt qoydu
Cəmiyyət
Bu gün, 10:48
Xocalıda torpaq icarəsi üçün qeydiyyat başladı
Sağlamlıq
Bu gün, 10:30
İnfeksionist ev konservlərinin təhlükəsini açıqladı
Dünya
Bu gün, 10:00
Melaniya Tramp Baydenin oğlunu məhkəmə ilə hədələdi
İdman
Bu gün, 09:44
Azərbaycanın UEFA sıralamasında maraqlı dəyişiklik
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO