Bu gün, 13:00 0 İqtisadiyyat

Manatın doğum günü — Azərbaycan milli valyutasının tarixi yolu

Manatın doğum günü — Azərbaycan milli valyutasının tarixi yolu
1992-ci il avqustun 15-də Azərbaycanda milli pul vahidi — manat dövriyyəyə buraxıldı.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabr ayında isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginaz dövriyyəyə buraxıldı. 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pullar istifadəyə verildi.

Azərbaycanın ilk pul emissiyası Fransanın Mərkəzi Bankında çap olunmuşdu. 1992-ci ildə buraxılan 1, 10 və 250 manatlıq əsginazların üz tərəfində “Qız qalası”, arxa tərəfində isə milli naxışlar fonunda “Azərbaycan Milli Bankı” sözləri yer alırdı.

1993-cü ildə Milli Bank 1, 5, 50, 100, 500 və 1000 manatlıq yeni əsginazları dövriyyəyə buraxdı. Həmin vaxt 1 və 10 manatlıq əsginazların dizaynı dəyişdirilərək digər nominallara uyğunlaşdırıldı.

1994-cü ildə ilk dəfə 10000 manatlıq, 1996-cı ildə isə o dövrün ən böyük nominalı olan 50000 manatlıq əsginazlar buraxıldı.

2006-cı il yanvarın 1-dən etibarən Azərbaycanda yeni manat dövriyyəyə buraxıldı (1 yeni manat = 5000 köhnə manat). Yeni və köhnə manat 2007-ci il yanvarın 1-dək paralel dövriyyədə oldu. Bu tarixdən etibarən yeni manat ölkənin yeganə rəsmi pul vahidi olaraq qalır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: