SOCAR-dan yeni hesabat: Rəqəmlər açıqlandı

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr qazma işləri həyata keçirilib.
Ulusum.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1.8 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5% artıb.
Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1.4% artaraq, 12.7 milyard kubmetr təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6.8 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4.2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Ölkə üzrə təbii qaz ixracı 6.2 milyard kubmetr, istehlakı isə 2.4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6% artım qeydə alınıb.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1.5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 09:40
Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı
Texnologiya
Bu gün, 09:30
Telegram yeniləndi, sistem çöktü: Rusiyada, ABŞ-da və Avropada problem yaşanır
Hadisə / Mədəniyyət
Bu gün, 09:30
Xalq artisti Arif Babayev vəfat etdi
Şou-biznes
Dünən, 21:00
"Yağlarımla savaşı dayandırdım!" – Zara çəki atmasının sirrini açıqladı! - FOTO
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu
Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir