Dünən, 18:30 0 Hadisə

Moskvada məktəbli qiz dələduzlara pul və ailə zinət əşyalarını verib

Moskvada məktəbli qiz dələduzlara pul və ailə zinət əşyalarını verib
Moskvada 16 yaşlı qız dələduzlara inanaraq valideynlərinin yığdığı vəsaitləri onlara verib.

“Ulusum”.az xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.

Fırıldaqçılar məktəblinin təhsil müəssisəsinin əməkdaşları kimi təqdim olunub və ondan telefon nömrəsini "Dövlət Xidmətləri" şəxsi kabinetinə bağlamağı tələb ediblər. Yeniyetmə mesajdan gələn kodu onlara oxuyub, bundan sonra hesabının guya sındırıldığı barədə məlumat alıb.

Daha sonra qıza "FSB əməkdaşları" zəng edərək mənzildə özünün axtarış aparmasını istəyiblər.

“Videozəng vasitəsilə o, evdə tapdığı rubl və xarici valyutada olan yığımları dələduzlara göstərib, onları paketə yığıb, çantaya yerləşdirib, parça ilə örtüb və gələn kuryerə verib,” – DİN-in məlumatında deyilir.

Bu müddət ərzində dələduzlar zərərçəkənlə əlaqədə olub və baş verənləri valideynlərinə danışmağı qadağan ediblər. Bundan əlavə, qız dələduzların göstərişi ilə kuryeri özü çağırıb. Cinayətkarlar 700 min rubldan çox ziyan vurublar.

Hazırda hüquq-mühafizə orqanları məsələni araşdırır.


Səidə

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: