Hindistanda pələng fermerə hücum edərək onu parçalayıb

Hindistanın Uttar-Pradeş ştatında pələng fermeri parçalayib. Bu barədə Hindustan Times məlumat yayıb.
Yanvarın 19-u, bazar günü, 55 yaşlı kəndli Şivdhar Çauhan Katanriagat qoruma sahəsində odun toplamağa gedib və geri qayıtmayıb. Ailəsi və kəndliləri onu axtarmağa başlayıb və sıx kollarda onun bədəninin üst hissəsi və başını tapıblar. Qısa müddətdə bu hissələrin Çauhana aid olduğu məlum olub.
Çauhanın ailəsinə beş min rupi birdəfəlik yardım verilib. Kənd sakinləri hakimiyyətdən gələcəkdə insanların və vəhşi heyvanların qarşılaşmalarının qarşısını almaq üçün tədbirlər görmələrini tələb ediblər.
Hindustan Times yazır ki, bu, Katanriagat qoruma sahəsində bir həftə ərzində insanlar üzərində ikinci yırtıcı hücumudur. Yanvarın 16-da, cümə axşamı,
pələng burada səkkiz yaşlı məktəbli qıza hücum edib. Qızın həyatını xilas etmək mümkün olmayıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
“Bananı da yumaq lazımdır!” – Ekspert
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır