11-10-2024, 09:59 0 Hadisə

Pakistanda mədənə silahlı basqın edildi: Ölənlər və yaralananlar var

Pakistanda mədənə silahlı basqın edildi: Ölənlər və yaralananlar var
Pakistanda mədənə silahlı basqın edildi: Ölənlər və yaralananlar var.

İRNA xəbər verir ki, bu gün səhər saatlarında Pakistanın Bəluçistan əyalətində kömür mədəninə naməlum şəxslər silah və raketlə hücum ediblər.

Məlumata görə, Duki bölgəsinə edilən silahlı basqın nəticəsində 20 şaxtaçı ölüb, 17 nəfər isə yaralanıb.

Qeyd olunub ki, hələlik heç bir qruplaşma silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Pakistan polisi bildirib ki, təqsirkarlar insidentdən sonra hadisə yerindən qaçıblar.

Eltun Məmmədov

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: