3-06-2024, 21:30 0 Hadisə

Pravoslav kilsəsinə molotov kokteyli atıldı - VİDEO

Pravoslav kilsəsinə molotov kokteyli atıldı - VİDEO

Naməlum şəxs Tümendəki pravoslav kilsəsinə molotov kokteyli atıb.



Ulusum.az xəbər verir ki, "Telegram" kanallarında yer alan məlumata görə, insident yerli vaxtla təxminən 20:30-da baş verib. Qara geyimli şəxs Respublika küçəsində yerləşən Dmitri Donskoy kilsəsinin girişinə yaxınlaşaraq çantasından içərisində alışan maddə olan butulkaları götürərək binaya atıb. Bundan sonra o, velosipedinə minərək hadisə şahidlərinə orta barmağını göstərərək məkanı tərk edib.

Yanğın yanğınsöndürənlər gələnə qədər söndürülüb, lakin polis hazırda hadisəni törədən şəxsi axtarır.

Eltun Məmmədov

Diqqət Çəkənlər
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: