Bu gün, 16:30 0 Dünya

Fransa İsrailə viza verməyi dayandırdı

Fransa İsrailə viza verməyi dayandırdı
“El Al” aviaşirkətindəki mənbələr İsrailin “Ynet” xəbər portalına istinadən bildiriblər ki, Fransa bu şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına iş vizalarının yenilənməsini dayandırıb.

Fransanın bu qərarı, ehtimal ki, Paris və Təl-Əviv arasında Qəzza müharibəsi səbəbindən artan gərginliklə bağlıdır. Əgər təhlükəsizlik əməkdaşlarının vizaları yenilənməsə, onlar ya Fransanı tərk etməli, ya da qanunsuz işləməli olacaqlar.

Bundan əvvəl “El Al” təhlükəsizlik xidməti əməkdaşları diplomatik missiyaların fəaliyyətini dəstəkləyən israilli vətəndaşlar kateqoriyasına aid edilir və İsrail səfirliyi vasitəsilə viza alırdılar. Lakin son altı ayda bu əməkdaşlardan heç birinə viza yenilənməyib.

İsrail XİN isə bildirib ki, məsələ araşdırılır və fransız tərəfi ilə əməkdaşlıq davam etdirilir.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: