ABŞ-da lift kabinəsində dəhşət: Cərrahın Başı Qopdu

ABŞ-ın Houston şəhərində yerləşən xəstəxanada 35 yaşlı cərrah Hitoshi Nikaydo lift qapıları arasında sıxılaraq həyatını itirib, - Mirror xəbər verir. Həkimin həmkarı onun cəsədi ilə birlikdə lift kabinəsində 20 dəqiqə qalıb, sonra yanğınsöndürənlər tərəfindən çıxarılıb.
Faciə Müqəddəs İosif xəstəxanasında baş verib. Liftə daxil olarkən Nikaydonun çiyinləri sıxılıb və lift hərəkətə başlayıb. Nəticədə kişinin başı qopub. Hadisənin şahidi olan tibb işçisinə isə yaşadığı şok səbəbindən tibbi yardım göstərilib.
Təhlükəsizlik araşdırması zamanı məlum olub ki, qəzanın səbəbi 14 nömrəli liftin idarəetmə sistemindəki əlavə naqil olub. Baş müfəttiş Ron Stil xidmət zamanı 22 pozuntu aşkarlayıb və illik yoxlamanın bir ay gecikməsi müəyyən edilib.
Həyatını itirən həkim Yaponiyadan olan, uşaq vaxtı ABŞ-a köçmüş şəxs olub. O, 2003-cü ildə Texas Universitetini bitirib və atasının yolunu davam etdirərək cərrah olub.
Qeyd edilir ki, statistikaya görə, ABŞ-da liftlər hər il təxminən 30 ölümə səbəb olur. Lakin mütəxəssislər bildirir ki, zədələnmə riski pilləkənlərdə liftdən daha yüksəkdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İqtisadiyyat
Bu gün, 14:03
SOCAR-dan yeni hesabat: Rəqəmlər açıqlandı
Şou-biznes
Bu gün, 13:30
Maykl Ceksonun bir cüt corabı 6 min avroya satıldı
Maraqlı
Bu gün, 12:00
ABŞ-da "ən yaşlı körpə" doğuldu
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”
İşdə stress? Sakitliyi qorumağın 5 asan yolu
Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu