Qardaşlar arasında qanlı qarşıdurma: Sumqayıtda dəhşətli hadisə

Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.
Ulusum.az "Report"a istinadən xəbər verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.
İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.
Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bazu və saidin kəsilmiş yarası, kəllənin kəsilmiş çoxsaylı yaraları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Vəziyyəti stabil olan digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Mehti Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.Digər qardaşın isə müalicəsi davam etdirilir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq