Trampın səfəri vaxtı təyyarədə hədələyici sərnişin həbs edildi

Böyük Britaniyada EasyJet hava şirkətinin Lutondan Qlazqo istiqamətində uçan təyyarəsində bomba partlatmaqla hədələyən sərnişin saxlanılıb. The Sun xəbər verir ki, həmin şəxs ABŞ prezidenti Donald Trampın Şotlandiyaya səfəri zamanı onun siyasətindən narazılığını ifadə edib.
Görgü şahidlərinin sözlərinə görə, 41 yaşlı Hindistan vətəndaşı, Böyük Britaniyada qaçqın statusu ilə yaşayan şəxs, tualetdən qışqıraraq çıxıb. O, bomba olduğunu və “Trampa siqnal göndərəcəyini” bildirib. Sərnişinlər tezliklə həmin şəxsi nəzarət altına alıblar, kabin personalı isə onun baqajında partlayıcı maddə tapmayıb.
Təyyarə uğurla Qlazqoya enib və orada şəxs polisə təhvil verilib. Hadisə Trampın Şotlandiyaya səfəri fonunda baş verib, lakin saxlanılan şəxsin motivləri hələlik məlum deyil. Rəsmi orqanlar araşdırmanı davam etdirir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 09:27
Naxçıvanda sahibkarlığın inkişafı üçün gömrük güzəştləri və dəstək mexanizmləri müzakirə edildi
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO
Qışa tərəvəzli ragu hazırlayırıq