25-07-2025, 18:00 0 Hadisə / Türkiyə

Məşhur iqtisadçı Nazlı Sarp İstanbuldakı evində ölü tapıldı

Məşhur iqtisadçı Nazlı Sarp İstanbuldakı evində ölü tapıldı
Televiziya proqramlarında maliyyə şərhləri ilə tanınan iqtisadçı Nazlı Sarp, İstanbulun Bakırköy rayonundakı evində ölü halda tapılıb.

Ekol TV-nin məlumatına görə, polis hadisə yerində ətraflı araşdırma aparıb. Sarpın meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertizaya göndərilib.

Ölüm şübhəli hal kimi qiymətləndirilir – Sarpdan 2-3 gündür xəbər alınmırdı. Hadisə yerinə gələn prokuror onun ölümünü şübhəli hesab edib.

Qeyd edək ki, Nazlı Sarp təxminən üç həftə əvvəl Ekol TV-yə çıxaraq iqtisadiyyatla bağlı fikirlərini bölüşmüşdü. "Altın hələ də güvənli limandırmı?" sualına cavabında o demişdi:

“Çox yüksək rekordlar gözləməsək də, altın və gümüş hər bir sərmayə səbətində mütləq olmalıdır. Məncə isə birja yüksələn ulduz olmağa namizəddir.”


Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: