24-07-2025, 12:52 0 Hadisə

Sabiq deputat Xanhüseyn Kazımlı dünyasını dəyişdi

Sabiq deputat Xanhüseyn Kazımlı dünyasını dəyişdi
Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Ulusum.az xəbər verir ki, bu barədə report-a onun yaxınları bildiriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri (2023-cü ildə ləğv edilib), I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.

2002-ci ildə Prezidentin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: