10-07-2025, 13:30 0 Hadisə / Dünya

Yaponiyada dəhşətli hücum: Ayı 81 yaşlı qadını evində parçaladı

Yaponiyada dəhşətli hücum: Ayı 81 yaşlı qadını evində parçaladı
Yaponiyanın Kitakami şəhərində ayı 81 yaşlı qadına öz evində hücum edib. 4 iyul səhəri qadını qonaq otağında oğlu ölü tapıb.

Hadisə yerinə gələn polis ayı pəncəsinin izlərini və ayı tükünü aşkar edib.

Məlumata görə, bir gün öncə qadının evinin yaxınlığında ayı görünüb. Son həftələrdə bölgədə ayının anbarlara və evlərə girərək düyü yeməsi barədə ən azı 9 şikayət daxil olub. Polis ərazidə ayı tələləri qurub və sakinləri evlərini səbəbsiz tərk etməməyə çağırıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: