Texas faciəsi milyarderin ailəsinə də toxundu: 9 yaşlı qohumları həlak oldu - FOTO

Texas ştatının Hill Country bölgəsində yalnız qız uşaqlarının iştirak etdiyi “Camp Mystic” düşərgəsi selin ən ağır təsir etdiyi məkanlardan biri olub. Kampın ən kiçik yaş qrupuna daxil olan uşaqlar, daşan çayın cəmi bir neçə metrliyindəki çadırlarda yatarkən, şiddətli yağışın qəfil basqını ilə qarşılaşıblar.

Faciə nəticəsində 5 uşaq və düşərgənin rəhbəri həyatını itirib, 11 uşaq isə hələ də itkin düşmüş sayılır.
Həlak olan uşaqlardan biri – cəmi 9 yaşlı Janie Hunt – “Kansas City Chiefs” futbol komandasının qurucusu Lamar Hunt-ın nəticəsi idi və bu onun düşərgədə ilk yay mövsümü idi.
Faciəvi itkini sosial şəbəkə hesabından paylaşan Clark Hunt-un həyat yoldaşı Tavia Hunt, yaşadıqları ağrını bu sözlərlə ifadə edib:
“Wimberley-də baş verən sel fəlakəti və itirdiyimiz canlar – kiçik Hunt qohumumuz da daxil olmaqla – ürəklərimizi parçaladı.

Tanrının mərhəmətli və hər şeyə gücü çatan olduğuna inanırıq, amma belə kiçik uşaqların başına bu qədər ağır şeylər gəldikdə bu inancı qorumaq çox çətindir.
Müqəddəs Kitab ürəyi sınmış insanların fəryadları ilə doludur. Bu ağrını Tanrıya təslim etmək onu inkar etmək deyil – onu yalnız sevgisi daşıya biləcək gücə həvalə etmək deməkdir…”
Tramp “fəlakət zonası” elan etdi
Faciənin ardından ABŞ Prezidenti Donald Tramp Texasın Kerr qraflığını “fəlakət bölgəsi” elan edib. Texas qubernatoru Greg Abbott isə ştat üzrə 41 nəfərin itkin düşdüyünü, bu sayın artacağından ehtiyat etdiyini bildirib.

50 minə yaxın insanın yaşadığı ərazidə axtarış-xilasetmə işləri federal və yerli qüvvələrin əməkdaşlığı ilə davam edir.
Bəzi uşaqların 30 metr hündürlükdəki ağac budaqlarına tutunaraq sağ qaldığı bildirilir.
Hava Xidməti qurumu tənqid hədəfində

Eyalətin respublikaçı yerli rəhbərləri, Ulusal Hava Durumu Xidmətini sel fəlakətindən əvvəl kifayət qədər xəbərdarlıq etməməkdə günahlandırıblar.
Tramp hökumətinin ixtisar siyasəti nəticəsində büdcəsi azaldılan bu qurumun, erkən xəbərdarlıq və proqnozlarda yetərsiz qaldığı iddia edilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 14:00
Pomidor acikası – hər qarnirin kraliçası
Dünya
Bu gün, 13:30
ABŞ xarici yük sürücülərinə iş vizalarını dayandırdı
Dünya
Bu gün, 13:00
ABŞ senatı Rusiyanı “terror sponsoru” elan edə bilər
Cəmiyyət
Bu gün, 12:03
Emin Əmrullayev Əmr imzalayıb
Maraqlı
Bu gün, 12:00
İsgəndəriyyə sahilində qədim heykəllər tapıldı
İdman
Bu gün, 11:30
Ruzanna Məmmədova dünya ikincisi oldu
Sağlamlıq
Bu gün, 11:00
Gərginliyin gülümsəmənizə gizli zərbəsi
Dünya
Bu gün, 10:30
Netanyahu müharibənin sonunun yaxınlaşdığını bildirdi
Populyar Xəbərlər
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Marilyn Monroe-nun ölümündə gizli faktlar üzə çıxdı - FOTO
Bu tarixdən etibarən dərmanlar əhaliyə pulsuz çatdırılacaq