5-06-2025, 14:15 0 Hadisə

Şərurda Təhlükəli Anlar: Kənd Yolunu Qaya Bağladı

Şərurda Təhlükəli Anlar: Kənd Yolunu Qaya Bağladı
Şərur rayonunun kənd yolunda qaya uçqunu olub.

Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.

İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.

Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.

Hazırda yolda təhlükəsizlik təmin edilib. (report)

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: