29-05-2025, 14:10 0 Hadisə / Dünya

Netanyahunun qərargahı yaxınlığında etiraz alovu: Yaralılar var

Netanyahunun qərargahı yaxınlığında etiraz alovu: Yaralılar var
İsrailin Təl-Əvivində baş tutan hökumət əleyhinə etiraz aksiyası şiddətli iğtişaşlarla sona çatıb. “Likud” partiyasının yerli qərargahı yaxınlığında toplaşan nümayişçilər baş nazir Binyamin Netanyahunun girovlarla bağlı fikirlərinə sərt etiraz edərək, bütün girovların dərhal azad olunmasını tələb ediblər.

Daha sonra etirazçılar yaxın küçələrdə yol kəsiblər, alov yandırmağa çalışıblar və polis əməkdaşları ilə qarşıdurmaya giriblər. Bir neçə nəfər “Likud”un binasına daxil olaraq orada barrikada qurmağa cəhd edib.

Polis aksiyanı qanunsuz elan edib, iğtişaşları dağıdaraq 62 nəfəri saxlayıb. Hadisə zamanı iki polis əməkdaşı yaralanıb.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: