26-05-2025, 21:00 0 Hadisə / Dünya

ABŞ-da silahlı hücumdan sonra 11 nəfər xəstəxanaya yerləşdirildi

ABŞ-da silahlı hücumdan sonra 11 nəfər xəstəxanaya yerləşdirildi
ABŞ-ın Cənubi Karolina ştatında baş verən silahlı insident nəticəsində ən azı 11 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə ABC News telekanalı məlumat yayıb.

Polisin açıqlamasına görə, Littl-River şəhərindəki Votson prospektində baş verən atışmadan sonra ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hadisə bazar günü qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalar aparır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: