25-05-2025, 09:25 0 Hadisə

Tovuzda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Tovuzda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Tovuz şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan VAZ-2106 markalı avtomobil "Kia" markalı minik maşını ilə toqquşub.

Zərbənin təsiri ilə VAZ-2106 daha sonra yol kənarında dayanan VAZ-21011-ə və avtomobil təmiri emalatxanasına çırpılıb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: