13-05-2024, 18:47 0 Gündəm / Hadisə

Vətən müharibəsi qazisi qəzada ÖLDÜ - YENİLƏNDİ

Vətən müharibəsi qazisi qəzada ÖLDÜ - YENİLƏNDİ

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alanlar var.



Ulusum.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21013” markalı minik avtomobili yol ayrıcında dayanan “Chevrolet Niva” markalı minik avtomobilinə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil ərazidəki İkinci dünya müharibəsi iştirakçılarının şərəfinə ucaldılan abidə kompleksinin qapılarına çırpılıb.

“VAZ 21013”də olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov hadisə yerində ölüb.

“VAZ 21013” markalı avtomobildə olan digər iki nəfər, Zaqatala rayon sakinləri - 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev xəsarətlər alaraq Zaqatala rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: