Bu gün, 12:00 0 Hadisə / Dünya

Səhər namazı zamanı qanlı basqın: Nigeriyada 50 nəfər öldürüldü

Səhər namazı zamanı qanlı basqın: Nigeriyada 50 nəfər öldürüldü
Nigeriyanın şimal-qərbində silahlı qruplaşmaların məscidə hücumu nəticəsində 50 nəfər həlak olub, daha 60 nəfər isə qaçırılıb. Bu barədə Reuters yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Faciə Malumfaşi dairəsinin Unquvan-Mantau qəsəbəsində səhər namazı zamanı baş verib.

Şahidlərin sözlərinə görə, silahlılar motosikllərlə gələrək əvvəlcə məscidin içində atəş açıblar, sonra isə kənd boyunca irəliləyiblər.

Qüvvələr hücumçuları saxlayaraq iki kəndə qarşı planlaşdırılan hücumun qarşısını alıblar. Lakin onlar Mantau kəndindən qaçarkən yenidən sakinlərə atəş açıblar. Təhlükəsizlik qüvvələri gəlməzdən əvvəl cinayətkarlar bir neçə evi də yandırıblar.

Ulusum.az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: