Tovuzda REYD: 50 nəfər SAXLANILDI - EKSKLÜZİV - FOTOLAR

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları rayon ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında reyd keçirib.
ULUSUM.az saytının Qərb Bürosu xəbər verir ki, Tovuz Şəhər Dövlət Yol Polisi YPX əməkdaşları tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, eləcə də parklanma qaydalarını pozan sürücülərin və piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib.
Keçirilən reydlərdə avtobus dayanacaqlarının zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları həmin sürücülərə xəbərdarlıq edərək dayanacaqların boşaldılmasını təmin ediblər. Tovuz şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.
Reyd zamanı mərkəzi bazar və məktəblər qarşısında 50-ə yaxın piyada yol hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti haqqında qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib. Yol hərəkəti qaydalarını pozan bir neçə piyada və sürücüyə müvafiq cərimə protokolu tərtib edilib.
Keçidlərdən istifadə etməyən əsasən, ahıl yaşlı piyadaların yolu təhlükəsiz şəraitdə keçmələri polislər tərəfindən təmin olunub. Maarifləndirmə və tərbiyəvi xarakter daşıyan reydlərin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.
ULUSUM.az saytının Qərb Bürosu.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO