22-01-2025, 18:12 0 Gündəm / Ədəbi sənət

Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib

Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib
Bakıda beynəlxalq səviyyədə plener-simpozium təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyədən olan bir qrup rəssam iştirak edib.

Dostluq və qardaşlıq rəmzlərini əks etdirən əsərlər tədbirin əsas məqamlarını təşkil edib. Bu əsərlər sənətin gözəlliyini vurğulamaqla yanaşı, xalqlar arasında mədəniyyət və dostluq körpüsü qurmağı da hədəfləyir.

Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, rəssam Nəvai Metinin "Ulusum".az-a dediyinə görə, Türkiyədən və Azərbaycandan olan bir qrup rəssamın birgə plener-simposiumu artıq dünəndən başlayıb. Tədbir boyunca rəssamlar təbiət və şəhər mövzularında rəsmlər çəkir, öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə edirlər.

Simpoziumun əsas məqsədi sənətkarların təcrübə və ideyalarını paylaşmaq, şəhərimizin tarixi və mədəniyyətini sənət əsərləri vasitəsiilə əks etdirməkdir.

Rəssamlar "İçəri Şəhər", Sumqayıt şəhəri, Atəşgah və digər görməli yerləri ziyarət edərək, həm də Azərbaycanın zəngin mədəni irsini daha yaxından tanıyacaq və bu yerlərin ilham verici xüsusiyyətlərini rəsmlərində əks etdirəcəklər.

Bu görüş, sənətə və mədəniyyətə marağı artırmaqla yanaşı, beynəlxalq səviyyədə sənətkarların təcrübə və ideyalarını paylaşması, eləcə də mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Murat Külcüoğlu:

Bakıda “Sənətin Qardaşlıq Rəngi” adlı beynəlxalq plener-simposiumu keçirilib

- Bakıya ilk dəfədir ki, gəlirəm. Muğla şəhərindən buraya təşrif buyurmuşam. Bu gözəl şəhərdə olmaq mənim üçün böyük bir şans və sevincdir. Müxtəlif mövzularda əsərlərlə, xüsusən də təbiət mənzərələri və dostluq-qardaşlıq rəmzini əks etdirən işlərimizlə bu tədbirə öz töhfəmizi vermək niyyətindəyik.

Necla (Nena) Çetinel:


- Bakıda yaşamaq gözəldir. Şəhərin gözəlliyi, insanların səmimiyyəti və isti davranışları məni dərindən təsirləndirib. Hər kəs çox qonaqpərvər və mehribandır.

Şəhərin tarixi ab-havası, mədəni irsi və təmizliyi mənə xüsusi təsir bağışlayib. Nəvai Metin və Elif Altunkayanin dəvəti ilə iştirak etdiyimiz bu sənət tədbiri həm dostluğumuzu, həm də yaradıcılıq enerjimizi daha da gücləndirəcəkdir.

Qeyd edək ki, tədbir 25 yanvar tarixində "Çağdaş Dünya Rəssamları" adlı yeni çapdan çıxmış kataloq-kitabin təqdimatı ilə başa çatacaq. Kataloq, çağdaş incəsənətin inkişafını və müxtəlif mədəniyyətlərdən gələn sənətkarların işlərini nümayiş etdirəcək.








Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: