Rac Kapurun Bakıdakı PALMASI - EKSKLÜZİV - VİDEO

Bakının Nizami küçəsində - məşhur "Tarqovu"da möhtəşəm palmanı hamı görüb. Yəqin ki, maraqlı olar, bu cür ecazkar ağac nə vaxt və nəyə görə tək basdırılıb?
ULUSUM.az saytı olaraq apardığımız araşdırmalar göstərdi ki, sən demə onu dünya şöhrətli, tanınmış aktyor və rejissor, hind kinosunun kralı Rac Kapur öz əlləri ilə əkibmiş…
*
3 noyabr 1956-cı il. Bakıda böyük insan izdihamı, hər kəsin simasında təbəssüm və təəccüb, həyəcanla dikilmiş gözlər…
Məşhur hind kino ulduzlarının ən sevimlisi Rac Kapur Azərbaycana-doğma Bakımıza gəldi. Kövrək baxışları, ən ali hissləri ilə qarşısındakını ovsunlayan Rac Kapurun fanat ordusu onu bir an belə buraxmaq istəmir, böyük sevgilərini, hörmətlərini nümayiş etdirirdilər..
Lakin yuxarıda bəhs etdiyimiz Palma ağacının elə Rac Kapurun özü tərəfindən əkildiyini çox az adam bilir..
Hind kino Kralı ilə karifey sənətkarımız Rəşid Behbudov yaxın dost olublar. Onların xatirələri çox olub səfər müddətində...
Bir gün Bakını birlikdə gəzən dostlar dənizkənarı parkda insanların ağac əkdiyini görür.
Bu zaman Rac Kapur dostuna bildirir ki, o da bir ağac əkmək istəyir. R.Behbudov əkilən ağaclardan birini gətizdirmək istəyəndə şərəfli qonaq buna etiraz edir.
Deyir: “İstəyirəm, Bakıda məndən bir iz qalsın, bunun üçün mənə palma ağacı lazımdır, bir də ki yeri özüm seçəcəm”.
O zamanlar palma ağacı tapmaq indiki kimi asan olmasa da, tanınmış kino ulduzunun istəyi yerinə yetirilir. Bundan sonra qalır ağacı əkəcəyi yeri tapmaq… Xeyli gəzdikdən sonra gəlib çatırlar “Tarqovu”ya. Təbii ki, o dövrdə - 1956-cı ildə məşhur küçə indi ki kimi deyildi. Rac Kapur artıq istədiyi yeri tapmışdı..
Beləliklə, iki məşhur dost - Rəşid Behbutov və Rac Kapur əllərinə bel alıb palmanı əkirlər…
Artıq 68 ildir Rac Kapurun palması yaraşıqlı boy-buxunu ilə Bakımızın gözəlliyinə gözəllik qatır.
Sənətkar ürəyi saflığı, bol məhəbbəti ilə adi insanlardan seçilir.
Şübhə yox ki, Bakıya, burdakı insanlara heyran olan Rac Kapur həmin Palmanı böyük sevgi ilə əkib ki, günümüzədək gəlib çatıb – Rac Kapurun Palması…
Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Dünən, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi