Qarabağda ilk dəfə - Müəllimlərin Təhsil Forumu keçirildi FOTO

“Qarabağ” – Təhsil Forumu - 2024
Qarabağda ilk dəfə olaraq müəllimlərin təhsil forumu keçirilib.
Ulusum.az xəbər verir ki, ölkənin ən qabaqcıl sosial platforması olan Təhsil Forumunun təşkilatçılığı ilə baş tutan “QARABAĞ”-TƏHSİL FORUMU 2024-də 600 müəllim iştirak edib.
İlk öncə Forum iştirakçıları Şuşa gəzintisinə çıxaraq Azərbaycanın ən əziz və qədim tarixi olan bir guşəsinin tarixi, memarlıq abidələrini ziyarət ediblər.
Təhsil Forumu sosial platformasının sədr müavini Yeganə Aslanova çıxışında forumun əhəmiyyətindən danışıb. Vurğulayıb ki, platformanın sədri Emil Tağızadə möhtəşəm forumu məhz Qarabağ regionunda təşkil etməklə, təhsil tariximizdə ilkə imza atıb. Yeganə Aslanova həmçinin Emil Tağızadənin xüsusi olaraq forum üçün yazdığı Şuşa haqqında şeirini səsləndirib.
Təhsil Forumu ənənəsinə sadiq qalaraq bu dəfəki görüşdə də təhsil ekspertləri və rəsmi qonaqlar iştirak edib. Təhsil eksperti Nadir İsrafilov çıxışında bildirib ki, 30 illik həsrətdən sonra ölkənin dilbər guşəsi olan Qarabağda təhsil sahəsində mühüm addımlar atılır. Təhsil ekspertinin sözlərinə görə, Qarabağın daha da dirçəldilməsi üçün sosial, iqtisadi, mədəni həyatında olduğu kimi, təhsil sahəsində də mühüm prioritetlər nəzərdə tutulub.
“Qarabağda təhsil quruculuğu tarixdə və bu gün” mövzusunda danışan Millət vəkili Ceyhun Məmmədov Şuşanın Azərbaycan mədəniyyətində və elmində əvəzsiz rol oynadığına diqqət çəkib. Millət vəkili Şuşadakı 17 məscidin hər birində mədrəsənin olduğunu vurğulayaraq Qarabağın baş tacı olan Şuşada təhsil ənənələrinin tarixən mövcudluğundan geniş söz açıb.
Şuşanı təhsil və təhsilli insanların mərkəzi kimi qiymətləndirən Məktəbəqədər Təhsilin Pedaqogika və Metodikası jurnalının baş redaktoru,Təhsil Tədqiqatçısı Böyükağa Mikayıllı da Forumda nitq söyləyib.
O, həmçinin Şuşa şəhərinin təhsil, mədəniyyət tarixinin mətbuatda işıqlandırılmasına toxunub.
Qeyd edək ki, rəsmi qonaqlarla yanaşı, musiqili qonaqların da iştirak etdiyi forumda vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Forumda iştirakına görə sertifikatlarla təltif edilən müəllimlərə hədiyyələr təqdim olunub.
Eyni zamanda tədbirə qatılan bir neçə şəhid ailəsi təhsil forumunun xüsusi hədiyyələrinə layiq görülüb.
Aymirə Ağamirova



Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Dünən, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Mətbəx
Dünən, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Dünən, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Dünən, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi