Nadir İsrafilov: “Bu gün müəllim qədər diqqət və qayğıya ehtiyacı olan ikinci peşə sahibi yoxdur...” EKSKLÜZİV
Müəllimi əvvəlki hörmət və nüfuzundan biz saldıq, yoxsa müəllimin özü...?
Mən də müəllim işləmişəm, ancaq cəmi 5 il... Bu gün də təəssüflənirəm ki, bu müqəddəs və şərəfli missiyanın daşıyıcısı olmaq mənə cəmi 5 il müddətinə nəsib olub. Bununla belə, bu qısa zaman kəsiyində müəllim olmağın nə demək olduğunu dərindən anlamışam, çünki, onun bütün acılı, şirinli anlarını yaşamışam. Bir də ki, məndən asılı olmayaraq, idarəetmə sahəsində əsasən təhsillə bağlı qulluqçu vəzifələrə çəkilməyimə baxmayaraq, daim müəllimlər arasında olmuşam, onların bütün qayğılarına, istək və arzularına kifayət qədər bələdəm.
Bu fikirləri Ulusum.az-a açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib:
"Səmimi olaraq etiraf edək ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz şərəfli peşə sahibi olan müəllim, o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil. Axı, müəllimlərin cəmiyyətin ən sayılan, seçilən təbəqələrindən olduğu bir vaxtlar olub. Birdən-birə nə baş verdi ki, müəllimə olan müsbət münasibət bu dərəcədə deqredasiyaya uğradı? Amerikalı futroloq, publisist, pedaqoq Jak Barzenin bir sözü var: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir.” Deməli, belə hal təkcə bizim üçün deyil, dünyanın əksər ölkələri üçün xarakterikdir.
Razılaşaq ki, müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. Onu da nəzərə alaq ki, bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir".
Nadir İsrafilov qeyd edir ki, bu gün sanki, müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən qabardılır, İnsanoğlunun bütün naqislikləri müəllim obrazında ümumiləşdirilir, müəllimə olan inam və etibar sarsıdılr. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi, əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Təkcə, ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ “yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi “bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb.
Təhsil mütəxəssisi bildirir: "Təsəvvür edin, ali məktəbi bitirib diploma sahiblənən müəllim, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əlavə imtahan verməli, müsabiqə, müsahibə mərhələsindən keçməli, onunla bağlanmış müvəqqəti müqavilənin daimiləşməsi üçün hələ bir müddət də intizar içərisində gözləmək zərurətində qalmalıdır. Daha sonra dərsə hazırlaşmaq əvəzinə kurikulumun fəsadları ilə üzləşmək, summativ, formativ, böyük summativ, kiçik summativin nəticələrini qiymətləndirmək və orta ədədi qiymət çıxartmaq. Müəyyən müddət keçdikdən sonra da serifikasiya xofu və təqaüdə göndərilmək qorxusu. Hələ buna qədər də hər il “8 mart” və “Müəllimlər günü” ərəfəsində hədiyyə tənəsi.
Halbuki, beynəlxalq təhsil sisteminə inteqrasiya etmək, heç də o demək deyil ki, dünya təhsilində nə varsa, biz onu tətbiq və ya təqlid edək. Dünya təcrübəsini nəzərə alaq, ancaq onu da unutmayaq ki, bizim də mental dəyərlərə əsaslanan öz dünyamız var. Biz də müəllim olmuşuq, tələb-təklif prinsipi əsasında təyinatla əmək fəaliyyətinə başlamışıq, hardan gəlmişdisə, ora da göndərilmişik, bIr-iki bala görə öz doğma ev-eşiyimizdən didərgin salınmamışıq. Bitirdiyimiz ali təhsil müəssisəsinin diplomu bunun üçün yetərli idi. Əlavə hazırlıq prosdurlarına ehtiyac yox idi. Beş ildən bir təkmilləşmək üçün dövlət hesabına ixtisasartırma kurslarına cəlb olunardıq. MİQ, DİQ, KSQ, BSQ qayğılarından azad idik. Şagirdlərimizi “qeyri-kafi bilir”, “kafi bilir”, “yaxşı bilir”, “əla bilir” kimi əndrabadi üsulla yox, 5 ballıq şkala ilə qiymətləndirərdik. Repetitor nədir, təsəvvürümüz belə yox idi. Valideynlər bizə, biz isə valideynlərlə münasibətlərimizə həsəd aparardıq. Yüksək tribunalardan ünvanımıza deyilən bir xoş söz, əməyimiz müqabilində bizə təqdim olunan adi bir tərifnamə bütün acılarımızı unutdurardı, bizi gələcək fəaliyyətimiz üçün ümidləndirərdi, ruhlandırardı.
Bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik. Çəkək, cəmiyyət qarşısında müəllimin nə kimi məsuliyyət daşıdığını bir daha ona xatırladaq, lakin kimlərinsə uğursuzluqlarına bu qədər “sevincək” olmayaq, real duruma görə bir-birimizə “göz aydınlığı” verməyək. Sinif otaqlarında kamera quraşdırılması kimi absurd ideyadan əl çəkib, ona olan inam və güvəni itirməyək, onsuz da zədələnmiş müəllim nüfuzuna yeni sarsıdıcı zərbə endirməyək. Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. Elə isə gəlin emosiyaları və ambisiyaları bir kənara qoyaq, həqiqətin üzünə bir az açıq gözlə baxaq.
Bu gün bəlkə də müəllim qədər diqqət və qayğıya ehtiyacı olan ikinci peşə sahibi yoxdur. Gəlin, hamılıqla müəllimdən bu diqqət və qayğını əsirgəməyək, “müəllimi əvvəlki hörmət və nüfuzundan biz saldıq, yoxsa müəllimin özü” sualı ətrafında bir az düşünək. Bu sualın cavabı müəllimə olan münasibəti dəyişməkdə bizə yardımçı ola bilər.
”Ümummilli liderimiz Heydər Əliyev müəllim haqqında nə qədər də dolğun, dəqiq və sərrast deyib: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq... Mən dünyada müəllimdən yüksək ad tanımıram.”
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
13-05-2024, 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa
5-05-2024, 03:30
"Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır.
12-05-2024, 12:49
Yenə bu gün Atalay Mənzərin yarasına toxunmuşdu. Atalay auditoriyanın ən romantik gənci idi. Dərsdə bütün pr və tanıtım
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
26-04-2024, 17:23
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim
Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 12:10
İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib
Hadisə
Bu gün, 12:09
Palmira şəhəri yaxınlığında İsrailin hava hücumu nəticəsində 10 Suriya əsgəri həlak olub
Cəmiyyət
Bu gün, 10:51
Tramp Baydenin ATACMS qərarını nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlara başlaya bilər
Hadisə
Bu gün, 10:07
İsrail ordusu Livanın sahil bölgələrində Hizbullahın iki səhra komandirinin məhv edildiyini açıqlayıb
İqtisadiyyat
Bu gün, 10:00
Bayden administrasiyası Ukraynaya 275 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib
Hadisə
Bu gün, 09:54
Baltik dənizinin dibində kabelləri zədələməkdə şübhəli bilinən şəxsin Rusiya vətəndaşı olduğu üzə çıxıb
Hadisə
Bu gün, 09:49
Finlandiya Mərkəzi Kriminal Polisi Baltik dənizində sualtı kabelin qopması ilə bağlı cinayət işi açıb
Populyar Xəbərlər
İran XİN: "Culfa ilə Naxçıvan arasında sərnişin daşımaları üçün sərhədin açılması məsəsləsini diqqətdə saxlayırıq"
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib
Xarici hakerlər ABŞ Konqres Kitabxanasının elektron poçtunu sındırıblar
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Baş ağrısını kəsən təbii yollar
SEPAH-ın baş komandanı yenidən İsraili hədələyib