Rasim Balayev, siz də... AĞA DADAŞZADƏ yazır... EKSKLÜZİV

Rasim Balayev Azərbaycan kinosunun yaşayan əfsanəsi, Azərbaycan mədəniyyətinin simasıdır. Rasim müəllim həmişə sözün düzünü deyib, lakin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçiləndən sonra sanki kiminsə sözlərini deyir. Bu, bizi çox təəssüfləndirir...
Azərbaycan kinosuna yeni nəfəs gətirən Əlixan Rəcəbov və Taleh Yüzbəyov kimi yaşı 30-u keçən gənclərə Balayevin dəstəyini gözləyirdik, "baltasını" gördük.. Sözün düzü, belə bir açıqlamanı Rasim müəllimin dilindən eşidəndə məyus oldum. Təbii ki, sənətkarın tənqid etməyə böyük haqqı var, ancaq bunu tənqid kimi qəbul edə bilmərəm. Can üstə olan Azərbaycan kinosunu telefonun obyektivində keçinməyə qoymayan belə gənclərə belə münasibət??
Azərbaycan kinosuna və Azərbaycan gənclərinə heç kimin qapı açmadığı zamanda istedadlı gənclərə İTV qucaq açdı. Cənab Balayev gənclərin min-bir zəhmətlə ərsəyə gətirdikləri işinə tərbiyəsizlik adı qoydu. Bunu sənəti olmayan, dövlətdən qoşa-qoşa ev istəyən, təqaüd üçün nazirlərin maşınlarının qarşısını kəsən aktyorlar desəydi bu qədər məyus olmazdım.
Gənclərin meydana çıxardığı "Alatava" serialınının çəkiliş keyfiyyətini, maliyyəsini indi başqa sənətçilər üçün kim ayıra bilər? Rasim müəllim, bəlkə, siz tərbiyəli bildiyiniz gənclər üçün elə bir şərait yaradasınız? Xələfiniz Şəfiqə Məmmədova da Kinematoqrafçılar İttifaqının sədri olan zaman ADMİU-da qılınc oynadırdı, sərsəm seçimlərlə Azərbaycan kino sənətində çiçək açacaq gənc aktyorları sənətdən küsdürdü. Deyəsən, Kinematoqrafçılar İttifaqınının sədr kreslosunda nəsə "hikmət" var. Təyinatdan sonra sədrlər kinonu kənara qoyub başqa istiqamətə yönəlirlər.
Əziz Rasim müəllim, Allah sizə cansağlığı versin, bizə sizin tənqidləriniz çox vacibdir, amma sizin... Kiminsə dilindən danışmaq sizə yaraşmır!... Çatışmazlıqlar hər yerdə var, bir mötəbər sənətkar kimi başa salın, izah edin, qalanını gənclər başa düşəcək.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:57
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Dünya
Bu gün, 18:00
CNN: Tramp Zelenskiyə “acı həbi udmağı” tələb edir
Gündəm
Bu gün, 17:42
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO
İqtisadiyyat
Bu gün, 17:00
SOCAR və CIMA arasında yeni əməkdaşlıq sazişi
Siyasət
Bu gün, 16:48
İlham Əliyev İsrailin yeni səfirini qəbul edib
Mətbəx
Bu gün, 16:20
Moruq Jelesi – Yayın Şirin Sehrı
Populyar Xəbərlər
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Trampın gömrük vergiləri lüks brendlərə ağır zərbə vurdu