"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 20 % artırdı

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları” QSC (ADY) ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çox - 3 849 804 sərnişin daşıyıb.
Ulusum.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, 6 ay ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə 3 666 518 sərnişin (1 il əvvələ nisbətən 19 % çox), Bakı-Ağstafa-Bakı marşrutu üzrə 160 799 sərnişin (30 % çox), Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 22 487 sərnişin (2,5 dəfə çox) mənzil başına təhlükəsiz çatdırılıb.
Göstərilən dövrdə Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarda doluluq səviyyəsi 92 % (ötən ilin 6 ayında 90 %), Bakı-Qəbələ-Bakı marşrutu üzrə 61 %(ötən ilin eyni dövründə 50 %) təşkil edib. Bununla yanaşı, Bakı-Qəbələ-Bakı istiqamətində səfər edən sərnişinlərin 10 %-dən çoxu, Bakı-Ağstafa-Bakı marşrutu üzrə isə 7 %-dən çoxu əcnəbi turistlər olub.
14 iyun tarixindən etibarən Bakı-Ağstafa-Bakı xətti üzrə istismara yeni qəbul edilmiş 2 yeni “Stadler” qatarı ilə son 17 gün ərzində 16 mindən çox sərnişin daşınıb.
İlin ilk 6 ayında sərnişindaşıma üzrə ümumilikdə 9 265 reys həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % (ötən il 7610 reys) çoxdur.
2024-cü ilin yanvar-iyun ayları üzrə sərnişindaşıma proqnozu artıqlaması ilə, yəni 101 % yerinə yetirilib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 14:30
Ağ Evdə yeni gərginlik: Zelenski-Tramp qarşıdurması
Dünya
Bu gün, 13:30
ABŞ lideri: Münaqişənin açarı – üçtərəfli sammitdədir
Dünya
Bu gün, 13:00
HƏMAS girovların yarısını azad etməyə razılaşıb
Hadisə
Bu gün, 11:40
Xocalıda yanğına səbəb olan şəxs tutuldu
Dünya
Bu gün, 11:00
ABŞ Ukraynaya “çox yaxşı müdafiə” vəd edir
Populyar Xəbərlər
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Qışa hazırlıq: Bilənlər bilir…
Ağ Evdə Tramp və Zelenskinin görüşü keçirilir - VİDEO
Şəkidə minik avtomobili evakuatorla toqquşdu: ölən və xəsarət alan var
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO
Azərbaycan Deflimpiya Komitəsi EDSO-nun Hannover Konqresində təmsil olundu - FOTO