Rusiya rəsmilərinin Qarabağa dair qəribə cavabı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağın itirilməsinə görə Moskvanı günahlandırmasına qəribə cavablar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Armen Qriqoryan öz əraziləri (?!) uğrunda savaşan və canlarını verən erməniləri aşağılayıb.
Bu barədə Ulusum.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu məlumat verib.
Politoloqun sözlərinə əsasən, Mariya Zaxarova guya Qriqoryanı hədəf alıb, ancaq əslində Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər söyləyib.
"Onun sonrakı cümləsi də bundan xəbər verir: “Ermənilər bilirdilər ki, niyə döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər. Onların xatirəsinə necə xəyanət etmək olar?” Zaxarova açıqlaması ilə Azərbaycan torpaqlarını işğal edənlərdən qəhrəman obrazı yaradıb.
Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını təklif edən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin də müəmmalı açıqlama verib. Karasin Armen Qriqoryanın açıqlamasının həqiqətə uyğun olmadığını belə izah edib: “Qriqoryan bu məsələ ilə bağlı erməni siyasətçilərinin açıqlamalarıyla tanış olmalıdır. Erməni siyasi xadimlərinin, o cümlədən yüksək rütbəli rəhbərliyin qeydlərinə və çıxışlarına müraciət etmək lazımdır. Bu sualların cavabları orada var. Armen Qriqoryan həmin qeydləri oxusun”. Karasin hansı çıxışları və qeydləri nəzərdə tutub?".

Elxan Şahinoğlu hesab edir ki, Karasin bununla demək istəyib ki, Rusiya Qarabağın işğal altında və separatçıların nəzarəti altında qalması üçün əlindən gələni etməyə çalışıb, ancaq işləri qərbpərəst baş nazir Nikol Paşinyan korlayıb.
Aymirə Ağamirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Bu gün, 15:38
Qusarda kişi arvadı və qaynını baltalayıb
Cəmiyyət
Bu gün, 15:36
DSX-nin gənc əsgərləri and içiblər
Dünya
Bu gün, 14:30
Tunberqdan böyük aksiyaya hazırlıq
Sağlamlıq
Bu gün, 13:30
Vaxtından əvvəl damarların qocalmasının əlamətləri
Dünya
Bu gün, 13:00
Avstraliya Fələstin dövlətini tanıyacaqmı?
Cəmiyyət
Bu gün, 12:48
Rayonlararası qatarların hərəkət cədvəli yeniləndi
Cəmiyyət
Bu gün, 12:26
Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Populyar Xəbərlər
Əxlaqsızlığı görüb çəkən – cinayəti örtən qədər günahkardır!
Mənim mütləq hazırladığım ləzzət: Qış üçün sobada bişmiş bolqar bibəri
325 milyonluq superyaxta hərraca çıxarılır — sahibinin kimliyi şübhə doğurur
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Ağ Evdə Moskvasız Sülh Sammiti - Euronews