Günvurmadan necə qorunmalı? - Araşdırma

Uzunmüddətli yağışlı, leysanlı hava şəraitinin ardından kəskin istilərin gəlişi insanları təşviə salıb. Hətta minlərlə insanların istidən dünyasını dəyişməsi bu barədə ciddi düşünməyə səbəbdir.
Bəs qızmar Günəşdən necə qorunmalıyıq?
Bir yandan yayın gəlişini səbrsizliklə gözləyir, digər tərəfdən nəfəs kəsən istilərdən yayın te bitməsini arzulayırıq.
Ulusum.az bəzi üsullara əməl etməklə, yay fəslindən zövq almağın yollarını oxucuları ilə bölüşür.
İsti hava şəraitində vücudumuzun hərarəti kəskin artmağa başlayır ki, bu da günvurmaya səbəb olur. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, ürəkbulanma və başağrısıdır. Bəzi hallarda burun qanaxması və görmə qabiliyyətinin pozulması da müşahidə olunur. Belə olanda erkən müdaxilə olduqca önəmlidir.
Mütəxəssislər bildirir: “İsti Günəş altında olarkən başda hər hansı örtük yoxdursa, günvurma baş verə bilər. Günvurma və istilikvurma orqanizm üçün böyük riskdir, çünki susuzlaşma baş verdiyinə görə qanda qatılaşma və mikroelementlərin yuyulub getməsi hətta huşun pozulmasına qədər aparıb çıxarır. Belə halda zərərçəkəni dərhal kölgəli mühitə gətirmək və çoxlu maye içirmək lazımdır. Əgər su qəbul edə bilmirsə, venadaxili maye qoşmaq lazımdır. Həmin hallarda bədən temperaturunun 38-40 dərəcəyə qədər qalxması baş verir”.
Bədən hərarəti yüksək olarsa, xəstənin başına soyuq sarğı qoymaq, yaxud bədəni yaş əski ilə silmək lazımdır. Həkimlər yalnız günün müəyyən saatlarında açıq havada gəzməyi tövsiyə edirlər. “Gündüz saat 12-yə qədər, axşam saat 5-dən sonra Günəş işığı altına çıxmaq olar, çünki işığın orqanizm tərəfindən ən yaxşı yönləndirmə vaxtları həmin saatlardadır. Saat 12-dən 5-ə qədər olan dövr Günəş şüaları birbaşa bədənə düşür və dəri daha çox zədələnir, dəridə piqmentasiyalar baş verir, hətta dəri xərçənginə səbəb ola bilir”, - deyə həkim-terapevt əlavə edib.
Bunlarla bərabər, sintetik materialdan hazırlanan geyimlər hava keçirmədiyindən onlardan uzaq durmaq lazımdır. İsti havalarda açıq rəngli, pambıq, yaxud kətan parçadan tikilmiş paltarlara üstünlük verilməlidir.
Açıq havada olarkən geniş kənarlı papaq, çətir və gün eynəklərindən istifadə edilməlidir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 13:00
HAMAS-dan İsrailə: Girovların buraxılması üçün tələblər
Sağlamlıq
Bu gün, 12:30
Qida qablaşdırmasında gizli təhlükə
Dünya
Bu gün, 12:22
Vatikanın yeni səsi: XIV Leon taxta çıxdı
Cəmiyyət
Bu gün, 12:01
DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
Dünya
Bu gün, 12:00
Zelenski Rusiyayla istənilən formatda dialoqa hazırdır
Cəmiyyət
Bu gün, 11:34
Baş Dövlət Yol Polisi İdarəsi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir
Maraqlı
Bu gün, 11:15
Bürclər içində qaranlıq tərəfi ilə seçilənlər
Kriminal
Bu gün, 11:00
DİN: KRİMİNAL XRONİKA
Populyar Xəbərlər
Aysel Xanlarqızı Beynəlxalq Ədəbiyyat Mükafatına Layiq Görüldü
Kişi evləndikdən sonra kimi seçməlidir: ananı, yoxsa həyat yoldaşını?
Jerar Depardye cinsi təcavüzdə təqsirli bilindi: Paris məhkəməsindən şərti cəza
Tekirdağda Görməli Yerlər: Tarix, Təbiət və Mədəniyyətlə Dolu Unudulmaz Səyahət FOTO/VİDEO
Saakaşviliyə Ukraynanın agenti statusu verildi
“Freestyle Kings” Arenasında Qanadsız Uçuş - FOTO - VİDEO