Alman avtomobilləri kütləvi şəkildə GERİ ÇAĞIRILIR - EKSKLÜZİV

Alman avtomobil istehsalçıları keyfiyyətsiz məhsulları kütləvi şəkildə geri qaytarmağa başlayıb.
ULUSUM.az saytının məlumatına əsasən, məlum olub ki, Avropanın avtomobil nəhəngləri olduqca aşağı keyfiyyətli ehtiyat hissələrindən istifadə edirlər.
Bu da həmin avtomobillərin keyfiyyətini, dayanıqlığını ildən-ilə aşağı salır. Alman avtomobil istehsalçıları - Volkswagen, Audi, BMW və Mercedes-Benz brendlərinin adı bu siyahıda ilk yerlərdədir.
Qeyd edək ki, həmin şirkətlər ehtiyat hissələrinin keyfiyyətsiz olduğunu qəbul etsələr də, günahın təchizatçılarda olduğunu iddia edirlər.
Xatırladaq ki, bir neçə il öncə alman avtomobilləri keyfiyyət nişanı hesab olunurdusa, hazırki dövr üçün bunu demək olmur. Son zamanlarda buraxılan alman avtomobilləri "birdəfəlik istifadə" təsiri yaradır. Bu isə onun Çinlə "rəqabət" aparmasından xəbər verir.
Mütəxəssislər hesab edirlər ki, artıq alman avtomobil istehsalçıları da keyfiyyətə deyil, kəmiyyətə üstünlük verməyə başlayıblar ki, bu da kütləvi şəkildə avtomobillərin geri çağırılması ilə nəticələnir.
Eyni zamanda qeyd etmək lazımdır ki, bu cür geriçağırılmalar şirkət üçün milyardlarla avro itkiyə başa gəlir. üstəlik, istehlakçıların da həmin şirkətlərə inamının itirlməsini nəzərə alsaq, mövcud vəziyyət almanların da ürəyincə deyil.
Rəşad Ələkbərov


Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 21:00
Payızda beyin niyə “tənbəlləşir”? - FOTO
Sağlamlıq
Bu gün, 19:30
Yaşlı insanlar üçün ən faydalı şirniyyat
Dünya
Bu gün, 19:00
Eks-baş nazirə lobbiçilik qaydalarını pozmaq ittihamı
İqtisadiyyat
Bu gün, 18:30
Apple-ın səhmləri təqdimatdan sonra ucuzlaşdı
Mətbəx
Bu gün, 17:30
Bananlı zapekanka: axşamdan hazırla, səhər zövq al
İqtisadiyyat
Bu gün, 17:00
Pensiya alanlara ŞAD XƏBƏR!
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi