Ağdaşda bələdiyyə sədri və MMC rəhbəri ifşa edildi

Ağdaşda bələdiyyə sədri və MMC direktorunun qanunsuz əməlləri ifşa olunub.
Ulusum.az xəbər verir ki, bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb.
Belə ki, Ağdaş rayonu, Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlamasına, həmçinin, MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Ağdaş rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Bundan başqa, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 17:00
Sənədsiz gözəllik təhlükəsi: Nazirlik botoks və dolğularla bağlı xəbərdarlıq etdi
Mədəniyyət
Bu gün, 16:46
Kamal Abdullanın “Seçmələrin seçməsi – Qranulalar” kitabı Almaniyada çap edilib
Cəmiyyət
Bu gün, 16:43
Ədliyyə Nazirliyinə yeni hüquq verilib
Sağlamlıq
Bu gün, 16:30
Yayın sonunda bədəni sarsıdan “səssiz yorğunluq”
Sağlamlıq
Bu gün, 16:00
“Kartof tələsi”: Bədəninizin gizli düşməni?
Dünya
Bu gün, 15:30
Pakistan Hindistana qarşı yeni raket qoşunları yaradıb
Mədəniyyət
Bu gün, 15:17
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
Dünya
Bu gün, 15:00
Tramp Putinə: “Ərazi müzakirəsi olmayacaq”
Populyar Xəbərlər
Filtrlərin arxasında itən gerçəklik
12 avqust – gənclərin səsi, enerjisi və gələcəyin ümididir
Rusiyada Şimali Koreyalı İşçilərə “Qul” Kimi Münasibət
Fərizə — Vəfanın, Sevginin, Qəhrəmanlığın adı - VİDEO
Qışa hazırlıq: Bilənlər bilir…
Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əl gücü ilə məhv etdi - VİDEO